DOKTOR ÇÖHRƏQANLI SABAH AZADLIĞA BURAXILA BİLƏR
03.05.2000

Cənubi Azərbaycan Miili Azadlıq Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının Təbriz təcridxanasında aclıq aksiyası keçirməsi barədə məlumat vermişdik. Mart ayın 20-i o, beyin iflici keçirdikdən sonra iki dəfə Təbrizin Xomeyni adına mərkəzi xəstəxanasının həkimlər kolleqiyası tərəfindən müayinədən keçirilmiş və onlar tərəfindən verilən rəy əsasında, artıq doktorun həbsxana şəraitində yaşamağının qeyri mümkünlüyü qeyd edilmişdir.
CAMAH Təbriz komitəsindən verilən məlumata əsasən həkimlər kolleqiyasının ikinci rəyi dünən doktorun həyat yoldaşı vasitəsiylə təcridxana rəhbərliyinə təqdim edilməlidir.
Doktorun xanımı ilə saxladığımız əlaqədə o, məlumatı təsdiqləyərək, həyat yoldaşının fiziki durumunun həddən artıq ağırlaşdığını söylədi. Xanım Çöhrəqanlının dediyinə görə həkimlər kallkqiyasının rəyi daha yüksək instansiya tərəfindən də təsdiqlənməlidir. Belə ki, Təbriz məhkəməsinin nəzdində fəaliyyət göstərən Qanuni Həkimlər Komissiyası may ayının 4-ü doktoru müayinədən keçirərək, son qərarı verməlidir.