Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
CAMAH-a QARŞI TƏXRİBAT
03.08.2000

Əldə etdiyimiz məlumata görə hansısa naməlum mənbədən bəzi mətbuat orqanlarına guya ki "Piruz Dilənçinin CAMAH Bakı komitəsinin sədrliyindən azad edilməsi" barədə uydurma məlumat yayılmışdır. Biz qərəzli və ruhi xəstəliyi olan bu şəxslərin belə hərəkətlərini təxribat kimi qiymətləndirir və bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, CAMAH-ın nizamnaməsinə əsasən komitə sədrlərini yalnız qurultay təyin edir və azad edilməsi də onun səlahiyyətindədir. Təşkilatın son qurultayı isə ötən ayın 8-dən 10-a qədər Kərəc şəhərində keçirilmiş və Bakı komitəsinin sədri Piruz Dilənçi ciddi tənqidlərə məruz qalaraq səlahiyyətlərinin bir hissəsi ondan alınmış və mərkəzi komitəyə tapşırılmışdır. Mərkəzi komitə isə dərhal Bakı komitəsinin məsul nümayəndələrinin bəzilərini bu tərtiblə təyin etmişdir: (MK-nin qərarından çıxarış):
"Ötən aylar ərzində yol verdiyi ciddi səhvlərə görə Piruz Dilənçiyə xəbərdarlıq edilərək Bakı komitəsinin sədrliyində tapşırılmış öhdəlikləri həyata keçirməkdə davam etdirsin, Doktor Nasir Azəri mətbuat katibi, Barışmaz Cəlaloğlu təşkilat katibi, Həmid Muğanlı beynəlxalq əlaqələr üzrə sədr müavini, Fəridə xanım Məmmədli isə qadınlar şurasının sədri təyin edilsin". 
Biz haqqında söhbət gedən uydurma məlumatı, CAMAH-a qarşı nöbəti təxribat kimi qiymətləndirir və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, bundan sonra CAMAH-dan daxil olan hər hansı bir sənəd və yaxud məlumat təşkilatın aşağıda nümunəsi göstərilən möhrü ilə təsdiqlənəcək.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018