Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
PİRUZ DİLƏNÇİ İRANA QAYTARILACAQMI?

03.09.1996


«Yeni Müsavat» qəzetindən:

 Ötən həftə Xarici İşlər naziri Həsən Həsənovun İrana səfəri ilə sona yetdi. «Azadlıq» radiosunun verdiyi xəbərə görə, Həsən Həsənov İran tərəfinin tələbləri ilə razılaşlı: Azərbaycan Piruz Dilənçini və digər iranlı mühacirləri İran dövlətinə qaytarmaqla, İran əleyhinə yazan Azərbaycan qəzetlərinin «qollarını kəsməklə» qonşu ölkənin bizə qarşı sərt mövqeyini yumuşaldacaq. Azərbaycan Xarici İşlər Nazirliyi «Azadlığ»ın bu xəbərini yanlış adlandırdı, Mirzə Xəzər isə Praqadan cavab verdi ki, yaydığı məlumatı İranın «Əbrar» qəzetindən götürüb. Bu qarşılıqlı ittihamlara aydınlıq gətirmək məqsədi ilə müxbirimiz Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Piruz Dilənçi, xarici siyasət üzrə dövlət müşaviri Vəfa Quluzadə və İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Rza Beqdeli ilə görüşüb, söhbətləşib.

PİRUZ DİLƏNÇİ: -Həsən Həsənov İrana getməmişdən biz Tehran rəhbərlərinin görüşdə hansı məsələləri müzakirə edəcəyini bilirdik. Bu barədə prezident aparatına xəbər verdik. Danışıqların gedişi haqqında isə məlumatı «Frans-Press» agentliyindən aldıq və çox nigaran olduq. Tezliklə bu xəbəri Amerika, Almaniya və İsveçrədəki yoldaşlarımıza ötürdük. Yenə prezident aparatına müraciət etdik və bu idarənin yuxarı vəzifəli işçiləri bizə bildirdilər ki, iranlı siyasi mühacirlərin heç biri İrana verilməyəcək. Bu beynəlxalq hüquqi və humanitar normalara ziddir. 

SUAL: -Azərbaycan naminə İran Ermənistanla münasibətlərini pisləşdirəcəkmi? 

PİRUZ DİLƏNÇİ: -İranın Ermənistanla münasibətləri Həsən Şəsənovun Tenrana səfərindən əvvəl pisləşib. Bu, İranın Ermənistanı dəstəkləməsindən qəzəblənən Cənubi azərbaycanlıların istəyidi və Tehran mollaları artıq faktoru nəzərə almaya bilmirlər. Elə bu yaxınlarda Yerəvanın Respublika Meydanında İran xüsusi idarəsinin əməkdaşları Hüseyn Şəmsinin və Həsən Zurməndinin güllələnməsi də iki dövlət arasında münasibətlərin soyuduğuna işarədir.

VƏFA QULUZADƏ: -Həsən Həsənovun Tehranda Piruz Dilənçinin İrana verilməsi barədə söz deməsindən xəbərim yoxdur. Azərbaycana sığınan hər hansı mühacirin verilməsinə inanmıram. Onların beynəlxalq statusu var və heç kim onları geriyə qaytara bilməz. 

SUAL: -İranın Azərbaycana yaxşı münasibəti əvəzində Azərbaycan hökumətinin ölkə mətbuatına nəzarətinin gücləndirilməsi barədə xəbərlərlə bağlı nə deyə bilərsiniz? 

VƏFA QULUZADƏ: -Bizim hökumət heç vaxt al-verlə məşqul olmur. Əlbəttə, biz Azərbaycanın İranla yaxşı münasibətlər qurmasına çalışırıq, amma al-ver prinsiplərindən uzağıq. Azərbaycan demokratik ölkədir. Bizdə azad və müxalifət mətbuatı da var. Mən bilmirəm, dövlət onlara necə təsir göstərə bilər. Onsuz da müxalifətçilər istədiklərini yazırlar. 

Ə.R.BEQDELİ: -İran-Azərbaycan münasibətləri həmişə irəliyə doğru addımlayacaq. O ki qaldı tehran danışıqlarında deyilənlərə, ölkələrimiz arasında nə deyilirsə, dostluq əsasındadır. Ona görə bir şey ki bu iki xalqın yaxınlığına ziyan vurur, bunu aradan götürmək lazımdır. 

SUAL: -Siz qəzetləri nəzərdə tutursunuz? 

Ə.R.BEQDELİ: -Mən çox şeyi nəzərdə tuturam. 

SUAL: -Ola bilərmi ki, Azərbaycanın xeyrinə İran Ermənistanla münasibətlərinə yenidən baxsın? 

Ə.R.BEQDELİ: -İranın Ermənistanla münasibətləri iki qonşu ölkə olduqlarına görə var. Əsasən bu münasibətin Azərbaycana heç bir ziyanı olmamalıdır və bu münasibətdən istifadə edərək Azərbaycan xadqı, Azərbaycan bütovlüyü üçün çalışmaq lazımdır. 

SUAL: -İran üçün Ermənistan üstündür, ya Azərbaycan? 

Ə.R.BEQDELİ: -Əgər siz azərbaycanlı olsaydız bu sualı verməzdiz? 

«MÜSAVAT» QƏZETİNİN MÜXBİRİ KAMAL ƏLİ:
-Cənab səfir son cümləsini deyib gülümsəyərək, aralandı. Mən isə cavabımı ona qəzet vasitəsi ilə çatdırmalı oluram: sonuncu, bəlkə də könlünüzə dəyən sualımı elə azərbaycanlı olduğum üçün vermişəm. Məhz bu torpağın övladı olduğuma görə Ağdamın, Füzulinin və ermənilərin işqal etdikləri digər bölgələrimizin dağıdılıb maşın-maşın İrana daşınması, əsir düşmüş yüzlərlə soydaşlarıma işgəncə verən ermənilərə İranın ərzaq, yanacaq yollaması məni göynədir. 


REDAKSİYANIN ("Yeni musavat" qəzetinin) İZAHI:
Məqalə çapa hazırlanandan sonra Piruz Dilənçidən ağır xəbər aldıq. Həsən Həsənov Tehranı tərk edəndən sonra, İranın təhlükəsizlik (Ettelaat) naziri Əli Fəllahiyan elan edib ki, son günlərdə 137 İran vətəndaşı «xarici ölkələrə casusluqda» ittiham olunaraq zindana salınıb. «Cumhuriye Eslami» qəzetinin verdiyi xəbərə görə isə, Qərbi Azərbaycanda 41 nəfər həmin ittihamla həbs olunub. Son dəfə belə qondarma bəhanələr əsasında, həbslər İranda iki ay əvvəl, Türkiyə baş naziri Nəcməddin Ərbəkanın İrana səfərindən sonra olub. Bu dəfə həbs olunanların içində 4 general, o cümlədən Təbrizdən olan tanınmış general Zülfüqari də olubdur. Piruz Dilənçidə olan məlumatlara görə, həbs olunanların hamısı Cənubi Azərbaycanın azadlığı uğrunda mübarizə aparanlardır.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018