Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
Azərbaycan Respublikasının Prezidenti hörmətli Heydər Əliyev cənablarına,
Azərbaycan Respublikasının Baş Prokuroru hörmətli Zakir Qaralov cənablarına,
Milli Təhlukəsizlik Naziri hörmətli Namiq Abbasov cənablarına,
Daxili İşlər Naziri hörmətli Ramil Usubov cənablarına
MÜRACİƏT
04.01.2003

2002-ci il dekabr ayının 5-i saat 22 radələrində bir qrup şəxs, mülki geyimde olaraq CAMAH Bakı temsilçisi Piruz Dilənçinin Baki şəhərindəki yaşadığı mənzilə hücum etmiş və heç bir səbəb göstərmədən zorakılıqla onu şəxsi avtomaşına mindirərək, naməlum istiqamətə aparmışlar. Hadisədən 24 saat sonra, məlum olmuşdur ki, Piruz Dilənçi Xətai rayon polis idarəsində saxlanılır. Polis idarəsindən verilən məlumatda gösterilir ki, P.Dilənçi guya maliyyə məsələləri ilə əlaqədar axtarışda olmuşdur. Halbuki Azərbaycan Respublikasının cari qanunlarına əsasən hər hansı bir şübhəli şəxs barədə rəsmi çağırış vərəqəsi olmadan, axtarış elan edilə bilməz.

P.Dilənçinin həbs edildiyi tarixdən uç gün sonra, məlum olmuşdur ki, onun izahati mustəntiqin diktəsi ilə bir neçə dəfə dəyişilmişdir. İşlə məşğul olan müstəntiq Həsənov ıqbal təmamilə qərəzli mövqe nümayiş etdirərək, P.Dilənçini həbse sürükləmişdir. Buna baxmayaraq müstəntiqin iddia etdiyi maddi zərər ve ziyan P.Dilənçinin ailəsi tərəfindən rəsmən odənilmişdir. Təəssüflər olsun ki, hal-hazırda P.Dilənçi ağır fiziki şəraitdə 3 sayli ıstintaq Təcridxanasında saxlanılır və hətta aile üzvlərinin göruşünə icazə verilmir.

Adı çəkilən müstəntiqin qəti qərəzli mövqeyini nəzərə alaraq, işin obyektiv aparılması məqsədi ilə başqa bir müstəntiqə həvalə edilməsi uyğun olardı.

Həmçinin Piruz Dilənçinin ağır radikulit ve ürək xəstəliyi, Türk dünyasındakı siyasi və ədəbi nüfuzunu, eləcə də himayəsində az yaşlı uşaq olduğunu nəzərə alaraq, məhkəmə prosesinin başlanmasına qədər, onun barəsində olan həbs qəti imkan tədbirinin zəmanətlə ev dustağı ilə dəyişilməsi barədə sərəncam verməyinizi xahiş edirik.

Dərin hörmətlə:
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH)
Amerika, Norvec, Almaniya, Türkiyə, Kanada, İsveçrə və Cənubi Azərbaycan Komitələrinin təmsiçiləri.
04.01.2003

Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018