Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
MAHMUDƏLİ ÇEHRƏQANİNİN HÜQUQLARINI
MÜDAFİƏ KOMİTƏSİNİN TƏŞƏBBÜS QRUPU İCLASININ
3 Nömrəli
P R O T O K O L U
05.04.1999

Bakı şəhəri 5 aprel 1999-cu il

Sədr:
Məhəmmədəli Qabili (Müdafiə komitəsinin müvəkkili)

Katib:
Cavad ısmaili (Müdafiə komitəsinin katibi)

İştirak edirdilər:
CAMAH-dan; CAMAH sədri Piruz Dilənçi, təşkilat komitəsinin sədri Aslan Xalidi, beynəlxalq əlaqələr sədr müavini Mikayıl Musəvi və Məmməd Məliki, Azərbaycan Yeni Birlik Təşkilatı mərkəzi şurasının üzvü Hüseyn Türkel, Türk Millətçi Partiyasının rəhbəri Vüqar Bəyturan, Türk Millətçi Gənclər Təşkilatının üzvü Rövşən Mərəndli və Çehrəqaninin nümayəndəsi Lətif Araz.

Gündəlik:
1. Doktor Mahmudəli Çehrəqaninin hüquqlarını müdafiə komitəsinin əsasnaməsinin təsdiq olunması haqqında məsələ.
2. Doktor Mahmudəli Çehrəqaninin nümayəndəsinin müdafiə komitəsi təşəbbüs qrupuna üzv qəbul edilməsi haqqında məsələ.

Çıxışlar:
CAMAH sədri Piruz Dilnçi hazırladığı əsasnamə layihəsi ilə iclas iştirakçılarını tanış etdi. Sonra isə iclas iştirakçılarından xahiş etdi ki, əsasnamə layihəsini maddə-maddə müzakirə edib, səsə qoysunlar. Layihənin 1,2 və 3-cü maddələri iclas iştirakçıları tərəfindən yekdilliklə bəyənildi. 
Türk Millətçi Partiyasının rəhbəri Vüqar Bəyturan təklif etdi ki, 4-cü maddənin 1-ci bəndinin 2-ci cümləsi «komitənin fəaliyyətləri ilə Əlaqədar, tale yüklü məsələlərin həlli təşəbbüs qrupunun səlahiyyəti daxilindədir» şəklində yazılsın. 
V.Bəyturan həmçinin 5-ci maddənin 1-ci bəndindəki «türk dilli xalqlar» ifadəsinin yerinə «türk dilli və türk xalqları» ifadəsinin yazılmasının daha məqsədəuyğun hesab etdiyini bildirdi. 
Məhəmmədəli Qabili isə çıxışında qeyd etdi ki, 4-cü maddənin 5-ci bəndinə «namizəd və namizədləri təqdim etmək səlahiyyəti təşəbbüs qrupundadır» cümləsi əlavə edilməlidir.
Aslan Xalidi bildirdi ki, layihədə 4-cü maddənin 1-ci bəndi həmin maddənin 5-ci bəndi ilə ziddiyət təşkil edir. Çıxış edən Hüseyn Türkelli də Aslan Xalidinin fikirləri ilə razılaşdı.
Piruz Dilənçi təklif etdi ki, bu halda 4-cü maddənin 4-cü və 5-ci bəndini birləşdirərək həmin maddənin 4-cü bəndi şəklində yazılsın.
Cavad ısmaili bildirdi ki, 4-cü maddənin 11-bəndinə «mətbuat katibi iclaslarda katiblik edir» ifadəsi əlavə olunmalıdır. 
Mikayıl Musəvi Vüqar Bəyturanın 5-ci maddəyə təkliflərini daha da təkmilləşdirməsini xahiş etdi. O, bildirdi ki, bu maddənin 1-ci bəndinə təklif edilən «türk dilli və türk xalqları» ifadəsinin «hər-hansı ictimai və siyasi təşkilat fəaliyyət dairəsinin hər-hansı bir ölkədə olduğundan asılı olmayaraq» şəklində yazılması daha dəqiq olar. 
Beləliklə D.M.Çehrəqaninin hüquqlarını müdafiə komitəsinin əsasnamə layihəsi maddə-maddə müzakirə olunub səsə qoyuldu.
4-cü maddənin ayrı-ayrı bəndləri üzrə təklif edilən əlavə və dəyişikliklər səs çoxluğu ilə qəbul edildi. Eyni zamanda 5-ci maddəyə Mikayıl Musəvinin son təklifi də səsə qoyuldu və yekdilliklə qəbul edildi. Sonda iclas iştirakçıları gündəlikdəki ikinci məsələni müzakirə etdilər. 
D.M.Çehrəqaninin nümayəndəsinin təşəbbüs qrupuna üzvülüyü məsələsi səsə qoyuldu və yekdilliklə qəbul edildu. 


Q ə r a r a      a l ı n d ı:

1. Müzakirə olunan əsasnamə layihəsi Doktor Mahmudəli Çehrəqaninin Hüquqlarını Müdafiə Komitəsinin əsasnaməsi kimi qəbul edilsin.
2. Doktor Mahmudəli Çehrəqaninin nümayəndəsi Lətif Araz komitənin təşəbbüs qrupunun üzvü qəbul edilsin. 


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018