Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
ÇEHREQANİ İRAN PREZİDENTİ OLMAQ İSTƏYİR !?
07.04.2001

«Bizim Əsr» qəzetindən:

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) lideri Mahmudəli Çehreqaninin adının qəzet səhifələrindən sıxışdırılıb-çıxarılması onun barəsində bir-birinə zidd məlumatların yayılmasına gətirib çıxarıb.
Elə bu yaxınlarda Bütöv Azərbaycan Birliyi (BAB) sədrinin müavini Çingiz Göytürk məlumat verdi ki, İranda keçiriləcək növbəti prezident seçkilərində Çehreqani də namzədliyini irəli sürə bilər. Əgər belə bir addğım atarsa, onlar Çehreqanini dəstəkləyəcəklər. Məlumatı isə o zaman nə təsliq, nə də təkzib edən oldu. Xatırladaq ki, İranda növbəti prezident seçkilərinə bir ildən də az vaxt qalır.
CAMAH-ın Bakı Komitəsinin sədri Piruz Dilənçi «Bizim Əsr» qəzetinin əməkdaşı ilə söhbətində son günlər Çehreqani barədə yayılan məlumatları təkzib etdi. Bununla belə, o, CAMAH liderinin prezidentliyə iddialı olması ilə bağlı məlumatların ortaya nə məqsədlə atıldığını deyə bilmədi: «Yalnız Çehreqaninin adından deyə bilərəm ki, o, prezidentliyə namzədliyini irəli sürməyəcək. Doktor Çehreqaninin birinci müavini olaraq bu məlumatları rəsmi şəkildə təkzib edirəm. Ancaq bu xəbərlərin ortaya hansı məqsədlərlə atıldığını deyə bilmərəm».
Çehreqaninin belə bir iddiasının olmamasını Piruz Dilənçi Doktorun ıran adlı coğrafi məkanı tanımaması ilə izah etdi: «Çehreqani ıranı dövlət kimi tanımırsa, prezidentliyini nə cür irəli sürə bilər? Başqa bir tərəfdən, heç Çehreqaniyə İran İslami Şura Məclisinə seçkilərdə namzədliyini irəli sürməyə imkan verməmişdilər. Belə olan halda, sizcə, onun prezidentliyə namzədliyinin irəli sürülməsinə nə cür şərait yaradarlar? Açığı, bunu heç bizim özümüz də məqbul hesab etmirik. Qətiyyən mümkün olan məsələ deyil».
Hazırda Doktor Çehreqaninin harada olmasına gəlincə, Piruz Dilənçi bildirdi ki, o, Təbrizdə hələ də ev dustağıdır: «Hələ ki, onun işə getməsinə icazə verilmir. Təsəvvür edin ki, hökumət onun maaşını verir, ancaq işə getməsini yasaq edib. 5-6 ay əvvəl Çehreqaninin atası dünyasını dəyişib. ıranda hər məhəllədə məscid var. Yas mərasimini həmin məscidlərdə xatirə mərasimləri ilə keçirilər. Bu dədə-baba qaydasıdır. ınanın ki, atası rəhmətə gedəndə də Çehreqanini məscidə buraxmadılar. Üstəlik Çehreqaninin dilindən iltizam alınıb. O, CAMAH-dakı vəzifəsindən kənara çəkilməli, bizimlə hər hansı əlaqə qurmamalı və xarici kütləvi informasiya vasitələrinə müsahibə verməməlidir. Həmin iltizamı Təbriz Ettelaat-ı alıb. Çehreqaninin CAMAH rəhbərliyindən getməsi, Mərkəzi Komitəyə başqa birinin təyin edilməsi də elə bu iltizamlarla bağlıdır».

Müsahibəni "Bizim Əsr" qəzetinin müxbiri Vahid hazırladı.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018