Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
CAMAH FUNKSİONERLƏRİ
AMERİKA DİPLOMATLARI İLƏ GÖRÜŞDÜLƏR
07.08.2000

Amerikanın Azərbaycandakı səfirliyində ABŞ diplomatları CAMAH rəsmiləri ilə görüş keçirmişlər. Görüşdə səfirliyin siyasi şöbəsinin rəhbəri xanım şerri Hollidey, CAMAH təşkilat katibi Barışmaz Cəlaloğlu və beynəlxalq əlaqələr üzrə sədr müavini Həmid Muğanlı iştirak edirdilər.
Xanım şerri Nollidey öncə CAMAH-ın son qurultayı barədə rəsmi Vaşinqtonun məlumatı olduğunu qeyd edərək qurultay gedişatında müzakirə olunmuş əsas məsələlər, çıxarılmış nəticələr, verilməiş qərarlar və qarşıdakı plan və proqramların da təmsil etdiyi dövlət üçün əhəmiyyətli olduğunu bildirmiş və dəqiq məlumat almışdır.
CAMAH lideri Doktor Mahmudəli Çöhrəqanlının hazırki fiziki durumu da ABŞ diplomatlarını maraqlandıran məsələlərdən biri olmuşdur. 
Daha sonra B.Cəlaloğlu İranın regiondakı aparıcı mənfi rolundan, eləcə də ıran-Azərbaycan münasibətlərindən söz açaraq, "Xatəmi demokratiyası"nın rejimin ömrünü uzatmaq niyyəti ilə quraşdırıldığını izah etmişdir. Belə ki, B.Cəlaloğlu son vaxtlar İranın beynəlxalq mühitdən təcrid edildiyini üçün, hazırki "demokratiya"nın rejimin Amerika və Avropa dövlətləri ilə yaxınlaşmaq istiqamətində quraşdırılmış uydurma oyun olduğunu söyləmişdir.
Sonda ABŞ diplomatı CAMAH Bakı komitəsinin sədri Piruz Dilənçinin Azərbaycan Respublikası Milli Məclisi seçgilərində iştirak edəcəyi təqdirdə qanuni hüquqlarını onlar tərəfindən müdafiə müdafiə olunacağını qeyd etmiş və prosesdə Piruz Dilənçiyə qarşı hər hansı bir qanunsuzluq və haqsızlığıa yol verilərsə, rəsmi münasibət bildirəcəklərini söyləmişdir.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018