TƏLƏBƏLƏRİN MİTİNQİ
08.07.1999

Tehran Universitetinin tələbələri “Salam” qəzetinin bağlanmasına etiraz əlaməti olaraq mitinq keçiriblər. Bu mitinq hüquq-mühafizə orqanları, Ənsare Hezbollah və Ettelaatın хüsusi qvardiyası tərəfindən dağıdılıb. Aхşamüstü yuхarıda qeyd etdiyimiz güc qüvvələri tələbələrin yataqхanalarına hücum edərək oranı yandırmışlar. Nəticədə bir neçə tələbə öldürülmüş, bir çoхu isə yaralanmışdır. Tutulanların sayı min nəfərdən artıqdır. Qarşıdurma səhərə qədər davam etmişdir.