BAKI POLİSİ CƏNUBLULARA TƏZYİQ GÖSTƏRİR
09.02.2000

Fevral ayının 6-sı Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Məhmudəl Çehreqaninin heç bir hüquqi qərar olmadan Ettelaat tərəfindən həbsindən sonra, CAMAH-ın Bakı Komitəsi cari ayın 9-u üçün İranın Bakıdakı səfirliyi qarşısında piket keçirəcəyi barədə bəyanatla çıxış etdikdən dərhal sonra, fevralın 8-i axşam saat 19 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin rəisi və 35-ci Polis Bölməsinin rəisi tərəfindən CAMAH-ın Bakıdakı məsul nümayəndəsi Piruz Dilənçi yaşadığı ərazinin polis idarəsinə aparılaraq, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev tərəfindən rəsmi xəbərdarlıq məktubu almışdır. Həmin gecə iki saatdan artıq polis idarəsində saxlanılan Piruz Dilənçinin evi rolislər tərəfindən nəzarətdə saxlanılmışdır.
Bütün bunlara baxmayaraq, fevralın 9-u CAMAH-çılar elan olunmuş piketdə iştirak etmək məqsədi ilə səfirliyin qarşısına gedərkən polislərin ciddi təzyiqləri ilə üzləşdilər. Nəticədə CAMAH-ın 13 üzvü tutularaq, bir neçə saat saxlanıldıqdan sonra buraxıldılar. Lakin CAMAH rəsmiləri Piruz Dilənçi, Barışmaz Calaloğlu, Aslan Xalidi və Cavid Rzazadə dünən saat 13 rədələrində səfirliyin qarşısında tutularaq 9-cu polis bölməsinə aparıldılar. Onların məhkəməyə göndərilməsi barədə lazımi protokollar tənzimləndikdən sonra, iltizamlar alınmış aə dördü də bu gün səhər azad edilmişlər.