MİTİNQ
09.07.1999

Tehran tələbələrin mitinq və nümayişləri artıq şəhərin mərkəzi küçələrinə çəkilərək qarşıdurma yaranmışdır. Üzü maskalı adamlar tələbələrə qoşularaq bir neçə avtobus, bank və maqazini odlamışlar. İrticaçı güc qüvvələri mitinqi dağıtmaq üçün odlu silahlardan istifadə ediblər. Ölən və yaralananların sayı bilinmir. Tehranda iki günlük fövqəladə vəziyyət e’lan edilib.