CAMAH PİKET KEÇİRƏCƏK
10.05.2000

Doktor Çöhrəqanlının həddən artıq ağır fiziki durumuna baxmayaraq, totalitar İran rejimi tərəfindən həbsxanada saxlanıldığına etiraz əlaməti olaraq CAMAH Bakı Komitəsi may ayının 15-i saat 13-də İranın Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.
Hüquq mühafizə orqanları tərəfindən CAMAH-ın Bakıdakı təmsilçilərindən icazəsiz aksiyalarda iştirak etməyəcəkləri barədə ciddi iltizamlar alındığı üçün, ilk dəfə olaraq bu təşkilat «qanuni pikei» keçirmək qərarına gəlib. Bunun üçün də CAMAH Bakı Komitəsinin sədri Piruz Dilənçi yazılı ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı R.Allahverdiyev cənablarına müraciət etmişdir.
Təbrizdə Azərbaycan konsullğunun açılması da piketin tələblərindən biri olacaq.