Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
CAMAH Təşkilat Komitəsinin
B Ə Y A N A T I
10.08.1999

Fars şovinizmini təmsil edən rəsmi Tehran, Cənubi Azərbaycan torpaqlarının işqalı ilə kifayətlənməyərək, şimali Azərbaycana göz dikmiş, buradakı müstəqil döalətimizi də öz müstəmirə və müstəmləkəsinə cevirmək əzmindədir. O, bu xam yuxusunu həyata kecirmək niyyəti ilə hər hansı bir məkirli hiləyə əl atmaqdadır.
Azərbaycanda müxtəlif örtüklər altında fəaliyyət göstərən İran casusluq şəbəkələri ifşa olunduqca, yeni qruplar onların yerinə tə`yin edilir.
İslam Partiyasının məlum əməlləri, qanunsuz yollarla İrana aparılan Azərbaycanlı gənclər, ticarət mərkəzləri adı altında fəaliyyət göstərən casusluq yuvaları və onlarla belə faktın baş verdiyini sankı görməyən Bakıdakı Tehran rəsmisi Əlirza Bigdeli, Azərbaycan hüquq mühafizə orqanlarının bəyanatlarını «əsassız» qələmə verməklə, həqiqətləri təkzib etməyə cəhd göstərir. 
CAMAH Təşkilat Komitəsi, həmişə olduğu kimi bütün var qüvvəsini səfərbər edərək, Azərbaycanımızın Tehran təhlükəsindən qorunması naminə İran casuslarının kəşfi və ifşası ilə məşqul olmuş və olmaqdadır.
Səfir Bigdeli öz iddialarının ağ yalan olduğunu, özü hamıdan yaxşı bilir. Lakin bilməyənlərin nəzərinə İran Təhlükəsizlik (Ettelaat) Nazirliyinin Azərbaycandakı onlarla casusluq, təbliğat və təxribat şəbəkəsinin yalnız birini catdırmaq istərdik. Qoy cənab səfir bilsin ki, ondan başqa hec kəs əsassız bəyanat vermir!
1994-cü ilə xas olan aşağıdakı siyahi, yalnız bir şəbəkəyə aiddir. (Məlumat təhlükəsizlik mahiyyəti baxımından «yanmış» olduğundan acıqlanır).
1. Fərəcullah Abidi (Bakı İslam Mərkəzinin rəisi).
2. Qoreyşi (həmin mərkəzin rəis müavini).
3. Fərrüxi (Göyçay rayonu üzrə baş təbliğatçı).
4. Qeybi (Ağdam rayonu üzrə baş təbliğatçı).
5. Müdəbbir və Aşuri (Gəncə şəhər üzrə baş təbliğatçılar).
6. Əlla Kənani (Lənkəran şəhər üzrə baş təbliğatçı).
7. Kazımzadə (Xomeyni adına yardım komitəsinin Bakıdakı nümayəndəsi). 
8. Təbatəbai (Masallı rayon üzrə baş təbliğatçı).
9. Muradzadə (İslami Təbliğat Təşkilatının qaçqınlar düşərgəsi üzrə nümayəndəsi).
10. Qurban Kərmixani (Bakı İslam Mərkəzinin maliyələşdirdiyi «Qələm» qəzetinin Tehran tərəfindən təyin edilmiş redaktoru).
11. Rəsul Xeyzərlu (Quba rayon üzrə baş təbliğatçı).


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018