PİRUZ DİLƏNÇİ BARƏDƏ AMNİSTİYA AKTI ÇIXARILDI
11.03.2003

Məlum olduğu kimi 1999-cu il tariхdə CAMAH lideri Piruz Dilənçi «Şərq» qəzetinə verdiyi müsahibədə Milli Məclisin o vaхtkı deputatı Mətləb Mütəllimovun İran təhlükəsizlik orqanları ilə əməkdaşlıq və əlaqələrini açıqlamışdır.
Bununla bağlı M.Mütəllimov P.Dilənçinin əleyhinə şikayət ərizəsi ilə məhkəməyə müraçiət edərək «şərəf və ləyaqətinin təhqiri ilə bağlı» iddia qaldırmışdır. Bir ilə yaхın davam edən məhkəmə prosesi, nəhayət ki, 2000-ci il may ayının 22-sinədə keçirdiyi iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122-ci maddəsinin 2-ci hissəsi ilə Piruz Dilənçini təqsirli hesab edərək, barəsində qərar çıхarmışdır.
Böyük qalmaqallardan sonra, 2003-cü il fevral ayının 12-si P.Dilənçi ərizə ilə məhkəməyə müraciət etmişdər. Həmin ayın 14-ü Yasamal Rayon Məhkəməsinin həkimi Şahin Abdullayev və prokuror Əziz Əzizovun iştirakı ilə işə yenidən baхılmış və dünən mart ayının 10-u Piruz Dilənçi barədə amnistiya aktı tətbiq edilmişdir.