MƏHBUSLARIN BİR İDDƏSİ AZADLIĞA BURAXILDI
12.01.2000

Son Təbriz hadisələrində həbs edilmiş məhbusların bir iddəsi zəmanətlə azadlı»a buraxıldı. Doktor Çehreqaninin dediyinə görə, Azərbaycanın kütləvi informasiya vasitələri və xəbər servisləri Təbriz hadisələrini işıqlandıqları üçün, xəbərlərin xarici ölkələrdə daha da artıq yayılmaması naminə, rejim məcbur olaraq təxminən 10 nəfəri azadlığa buraxmışdır.
Azadlığa buraxılanlardan bunları : «Mənuçehr Əzizi, Doktor Nasir Pakpur, Babək Azəroğlu, Məsumə Babayi, Qulamrza Əmani, Məhərrəm Cəfəri və Doktor Qadir Azərini göstərmək olar.
CAMAH-ın ABŞ-dakı nümayəndəliyindən verilən məlumata əsasən, Azərbaycanın bəzi xəbər servislərinin xaricə yaydığı informasiyalar, dünyanın «Roiter» kimi aparıcı agentlikləri vasitəsi ilə təkrar yayımlandığından, beynəlxalq təşkilatlar da hədisə ilə maraqlanmışlar.
300 nəfərdən çox hərəkat iştirakçısı hələ də həbsdə saxlanılır.