DOKTOR ÇEHREQANİ İRAN MƏCLİSİ SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏCƏK
12.11.1999

CAMAH-ın Təbriz şəhər komitəsindən verilən məlumata əsasən Cənubi Azərbaycan Milli Azadlıq hərəkatının lideri Doktor Mahmudəli Çehreqani İran məclisinin yaxın aylarda keçiriləcək nöbəti seçkilərində iştirak edəcək.
Doktor Çehreqani CAMAH-ın nümayəndəsinə bunları söyləmişdir: «Dörd il bundan əvvəl seçkilərdə iştirak etdim və xalqım yekdilliklə məni seçdi. Lakin Tehran rejimi və fars şovinizmi mənim və xalqımın hüquqlarını vəhşicəsinə pozaraq, başımıza min oyun açdılar. Biz bu dəfə heç kimdən və heç kəsdən qorxmadan və çəkinmədən irəliləyəcəyik! Ölsək də hüququmuzu müdafiə edəcəyik! Lazım gələrsə, hətta ailəmizi də qurban verməyə hazırıq! Mütəşəkkil formada həzırlıq görürük. Bir sözlə bunu deyə bilərəm ki, qarşıdakı 2-3 ayda cənubda çox böyük hadisələrin baş verəcəyini təxmin edirik».