«QURANA VƏ AZƏRBAYCAN BAYRAĞINA AND İÇMİŞİK»!
13.01.2000

Təbrizin durumu gərgin olaraq, Çehreqani isə ev dustağı şəraitində qalmaqdadır. Şəhərdə pasport rejimi tətbiq edilib. Üstündə kimliyini təsdiqləyən sənədi olmayan hər kəs həbs edilir. Hətta taksıları belə yoxlayırlar! Müşahidəçilərin fikrincə, pasport rejiminin tətbiq etməkdən niyyət, hər ehtimala qarşı Şimali Azərbaycan və Türkiyədən gedən «xarici vətəndaşları» aşkarlamaqdır!
Bugün səhər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Çehreqani ilə saxladığımız əlaqədə, o bunları söylədi: «Bakıda keçirilən aksiya və tədbirlərdən, az da olsa məlumat ala bilirik. Şimaldakı hərəkətlər burada olan qardaşlarımızı daha da ruhlandırır. Şimal-Cənub yoxdur. Biz eyni millətik. Atdığımız hər hansı addımı götürəndə, otaya arxalanırıq. Həbs edilən hərəkat fəallarının namərdcəsinə hətta namuslarına belə toxunurlar! Lakin bu da bizi sarsıtmır. Biz şəxsi namusumuzu milli namusumuza qurban vermişik! Artıq Quran və Azərbaycan bayrağına and içmişik. Nə dönməyəcəyik, nə də dayanmayacağıq! Bir sözlə ya ölüm, ya azadlıq»!