Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
AZƏRBAYCAN ƏSRİMİZİN ƏN BÖYÜK SİYASİ XADİMİNİ İTİRDİ

13.12.2003

Uzun müddət xəstəliklə mücadilə edən Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev dünən ABŞ-da həyatını dəyişdi.
Heydər Əliyevin iqtidarı dövründə Azərbaycan Respublikasında Cənubi Azərbaycanın milli azadlığı uğrunda gedən haqlı mübarizəmizə hər tərəfli dəstək verilmişdir.
Sovetlər dönəmində isə "İran Azərbaycanı" termininin "Cənubi Azərbaycan" ifadəsi ilə dəyişilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə olmuşdur.
Heydər Əliyev gənc yaşlarından Cənubi Azərbaycanı düşünmüş və bu sahədə əlinə düşən ən kiçik fürsətdən yararlanmışdır. Pişəvəri dövlətinin naziri Məhəmməd Biriyanın da sürgündən geri qaytarılması o dönəmin gənc zabiti Heydər əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir.
Bütün bunlardan əlavə bu günün özünə qədər də Heydər Əliyev müxtəlif diplomatik yollar və vasitələrdən bəhrələnməklə, Cənubi Azərbaycan mövzusunu gündəmdə saxlamağa cəhd göstərmişdir. "Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vətənidir", "Vətənin o tay-bu tayı yoxdur", "Mən İran deyəndə Cənubi Azərbaycanı nəzərdə tuturam" və onlarla bənzər bu diplomatik cümlələrin müəllifinin Cənubi Azərbaycan haqqında nə düşündüyünü anlamaq çox çətin deyil.
İran rejimi tərəfindən verilmiş yüzlərlə nota və rəsmi etiraz məktublarına baxmayaraq, CAMAH-ın on illik fəaliyyətinin Bakıdan yönləndirildiyi də Heydər Əliyev hakimiyyəti dönəmində həyata keçirilmiş və dünya səviyyəsinə çıxarılmışdır.
CAMAH rəhbərliyi və üzvləri böyük siyasi xadim Heydər Əliyevin ölüm xəbərini sarsıntılarla qarşıladı.
Dərin hüzün və kədər hissləri ilə Bütöv Azərbaycan xalqına baş sağlığı veririk. Bütün türk dünyasının başı sağ olsun!

CAMAH Siyasi Şurası, 13.12.2003


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018