CAMAH SEÇKİLƏRİ BAYKOT ETDİ
14.02.2000

Məlum olduğu kimi fevralın 19-u İran İslami Şura Məclisinin seçkiləri keçiriləcək. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çehreqaninin hüquqlarının kobudcasına pozulmasına və qanunsuz həbsinə etiraz əlaməti olaraq, CAMAH Mərkəzi Komitəsi dünən Təbrizdə bəyanat yaymışdır. Bəyanatda Cənubi Azərbaycan əhalisi seçkilərdə iştirak etməiəyə çağırılmışdır.
Aldığımız məlumata görə əhalinin böyük əksəriyyəti Doktor Çehreqanini dəstəkləmək niyyəti ilə seçkilərdə iştirak etməyəcəklərini bildirirlər.
Doktor Çehreqani hal-hazırda həbsdə saxlanılır və ailəsinə belə onunla görüşməyə icazə verilmir.