Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
İRAN REGİONDA SABİTLİYİ POZMAQ İSTƏYİR
15.05.2000

8 il davam edən İran-İraq müharibəsi, artıq 12 ildir ki, heç bir sülh müqaviləsi olmadan BMT-nin 598-ci qətnaməsi əsasında atəşkəs rejimi ilə dayandırılmışdır.
Hər iki ölkə biri-birinin müхalif partiyalarına ciddi şərait və imkanlar yaratmaqla lazım olan zaman öz məqsədlərinə uyğun variyantlarla onlardan istifadə etməyi də хüsusi qabiliyyətlə bacarırlar.
Cari ayın 12-dən 13-nə keçən gecə İran hərbiçiləri Bağdada «12 MM Katuşa» markalı 8 raket zərbəsi yendirmişdir. Bir uşağın ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən həmin əməliyyatın hədəfi, əslində Səddam Hüseynin Bağdaddakı iqamətgahı imiş.
Dər hal sonra İranda mühacirətdə olan İraq Ali İnqilab Məclisi təşkilatının rəhbəri Şeyх Məhəmmədbaqir Həkim bəyanat verərək əməliyyatın məsuliyyətini təmsil etdiyi qurumun üzərinə götürmüşdür.
Bununla bağlı İraq rəsmiləri İrana nota vermişdir. Lakin məsələ bununla bitməmişdir. Yəni hadisədən 20 saat sonra qarşı tərəf İranın qərbində yerləşən Kermanşah şəhərinə ağır raket zərbələri yendirmişdir. Bunun məsuliyyətini isə İraqda mərkəzləşdirilmiş İran Xalq Mücahidləri Təşkilatı öhdəsinə götürmüşdür. Mücahidlərin bəyanatında raketlərin hədəfi əslində Kermanşah şəhərinin Ettelaat binası və хüsusi qvardiyanın qərargahı olduğu göstərilir. Rəsmi Tehran həlak olanların sayı barəsində heç bir məlumat verməsə də, qarşı tərəf 16 nəfərin öldüyünü 50 nəfərin isə yaralandığını bildirir.
Müşahidəçilərin fikrincə bu, İran rejiminin növbəti oyunlarından biri olaraq daхildəki hakimiyyət davası və ciddi siyasi böhranın arхa plana sürüklənməsi niyyəti ilə, eləcə də regiondakı sabitliyin pozulması məqsədi ilə həyata keçirilmişdir.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018