İSTANBUL ZİRVƏ TOPLANTISINA
AÇIQ MƏKTUB !
16.11.1999

Hörmətli toplantı iştirakçıları!
Məlum olduğu kimi, müzakirə mözunuzun əsaslarından biri də Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı olacaq. Uzun illər boyu milli haqsızlıqlara məruz qalmış Azərbaycan türklərinin tarixi torpğı və ana vətəni ötən onilliklərdə bir neçə dəfə haqsız və ədalətsizcəsinə məlum imperiyaların arasında bölünmüşdür. İyirmi birinci əsrin astanasıda, dünyanın bütün beynəlxalq təşkilatlarının insan hüquqlarının müdafiəcisi iddiasında olduğu bir zamanda, böyük bir millətin tarixi torpaqlarını öncə silah gücü ilə qəsb etmək, sonra isə iştirak etdiyiniz hazır toplpntı səviyyəsində qanuniləşdirmək həqiqətən də təəssüf doğurucu bir haldır.

Hörmətli cənablar!
Hüquqi ölkə statusu ilə tanıdığınız bugünkü Azərbaycan Respublikası, əsarətdən və işqaldan azad olunmuş böyük Azərbaycanımızın kiçik bir hissəsidir. Onun hələ də işqalda olan cənub hissəsində 30 milyondan çox Azərbaycanlı yaşayır. Biz 30 milyon Cənubi Azərbaycanlını təmsil edən milli-siyasi təşkilat olaraq, diqqətinizə çatdırırıq ki, vətənimiz və milli mənsubiyyətlərimiz barədə xalqımızın iradəsindən kənar hər hansı bir razılaşma və sazişi qanunsuz hesab edəcəyik. Məhz bunun üçün də Qarabağ torpaqlarının başqa dövlətlərin əraziləri ilə birləşdirilməsi barədə və yaxud hər hansı bir güzştə getmək haqqında qərar verərsinizsə, öz əllərinizlə regiyonda daha böyük bir problemin yaranmasına qol qoymuş olacaqsınız! Belə bir təqdirdə, şimallı qardaşlarımızla bərabər Qarabağın azadlığı uğrunda istənilən vasitə və variantdan istifadə edəcəyimizi istisna etmirik.

CƏNUBİ AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATI
(CAMAH)
16.11.1999