Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
CAMAH-ın DA SIRALARI TƏMİZLƏNDİ

18.01.2000



Dünən CAP Təşəbbüs Qrupunun rəhbəri və üzvlərinin imzası ilə yayılmış bəyanatdan dərhal sonra, CAMAH-ın da eyni niyyət və eyni mövqeylə yeni qərarlar qəbul etməsi, cənub təşkilatlarının arasında əsaslı dəyişikliklər və islahatların aparılmasından xəbər verir.
Təşkilatdaxili problemlərin müzakirəsi ilə bağlı, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı Mərkəzi Komitəsinin idarə heyəti son yığıncağındva bəyanat qəbul etmişdir. Müzakirə mözusunun tamamiylə açıqlanmasına baxmayaraq, qəbul edilmiş qərar və bəyanat bəzi məqamlara aydınlıq gətirə bilər.
Bəyanatın mətnini olduğu kimi dərc edirik.


BƏYANAT

CAMAH-ın Bakıdakı qərargahının bağlanmasından sonra, hərəkat rəhbərliyi istər cənubda, istərsə də şimalda Azərbaycan iqtidarına qarşı sərt mövqedən çıxış edərək öz münasibətini bildirmişdir. Bu, təşkilatın daxilindəki iqtidar təmayüllü qüvvələr tərəfindən müsbət bir addım kimi qəbul edilmədiyi üçün, hərəkatın təşkilat katibliyi bəyanat yayaraq «iqtidara qarşı olan son sərt mövqeyi, CAMAH-ın deyil, başqa-başqa CAMAH nümayəndələrinin şəxsi mülahizəsidir» -deyə izah etdi. Həmin tarixdən sonra, siyasi dairələrdə və bəzi mətbuat səhifələrində «CAMAH-da fikir ayrılıqları» barədə söz-söhbət gəzirdi.
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri doktor Mahmudəli Çehreqaninin Azərbaycan prezidenti Heydər Əliyev cənablarına ünvanladığı müraciətə rəsmi Bakı tərəfindən mənfi cavab verildikdən sonra, təşkilatın bəzi nümayəndələri, guya ki «məlum müraciətə verilmiş mənfi cavabın Çehreqaninin təhqir olunmasına səbəb olduğunu» əsas tutaraq, ciddi narazılıqlarını bəyan etdilər. Daha sonra, doktor Çehreqaninin «o ağsaqqal kişiyə yazıqlar olsun» ifadəsindən xoşlanmayan həmin şəxslər, şifahi müraciətləriylə təşkilat rəhbərliyinə etirazlarını bildirərək, guya ki «CAMAH-ın apardığı siyasi taktika onları qane etmədiyi üçün» hərəkat sıralarını tərk etmək qərarında olduqlarını bildirdilər.
Bütün bunları nəzərə alaraq, CAMAH Mərkəzi Komitəsinin idarə heyəti cari ayın 17-sindəki yığıncağında aşağıda göstərilən qərarı qəbul etmişdir:
1. CAMAH mətbuat katibi Cavad İsmailinin 99-cu ilin sentyabr ayından etibarən konüllü olaraq istefa verməyi barədə təşkilata şifahi məlumat verdiyini, həmçinin üzürlü səbəb və ya yazılı ərizəsi olmadan öhdəliklərinin yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilsin.
2. CAMAH təşkilat katibi Aslan Xalidinin fəaliyyət göstərdiyi illər müddətində dəfələrlə yol verdiyi ciddi səhvlərin təkrar baş verdiyini və onun qeyri səmimi mövqeyini nəzərə alaraq CAMAH-da tutduğu vəzifədən kənarlaşdırılsın.
Doqquz ildir ki, CAMAH bütün qüvvəsiylə vətənimizin azadlığı uğrunda apardığı mübarizəni davam etdirməkdədir. Bu uzun və uzaq yolda təbii ki, əlimizdən tutanların olduğu kimi, ayağımızdan çəkənlər də az olmamışdır. Bir daha bəyan edirik ki, təşkilat öz müqqədəs ideyasını həyata keçirmək naminə, başqa-başqa şəxslərə deyil, tutduğu yola üstünlük verir.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018