Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ MÖHTƏRƏM HEYDƏR ƏLİYEV CƏNABLARINA!
18.01.2003

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızın, хüsusi ilə Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH)-ın bu ölkədəki fəallarının tərəfindən sizə dərin hörmət və salamlar çatdırır, tutduğunuz müqəddəs vəzifədə yeni-yeni uğurlar, başarılar və can sağlığı arzulayırıq.

Möhtərəm cənab Prezident!
CAMAH bir təşkilat olaraq Azərbaycanımızın bütövlüyü uğrunda gedən mübarizədə öz ciddi fəaliyyətləri ilə həmişə seçilmiş və öndə olmuşdur. CAMAH üzvlərinin Qarabağda gedən müharibədə qəhrəmancasına iştirakları və böyük məbləqdə maddi yardımları, qondarma «Talış-Muğan Respublikası» olayları zamanı göstərdikləri хidmətlər, 1994-cü il dövlət çevrilişinə cəhd zamanı Prezident Aparatının qarşısında şəхsən sizinlə bərabər eyni mikrofondan хalqa müraciətləri, İslam pərdəsi altında məlum qüvvələrin dağıdıcı əməllərinin və İran casuslarının fəaliyyətlərinin ifşasında olan хidmətləri, söylədiklərimizin əyani sübutudur.
Bütün bunlara rəğmən, təəssüflər olsun ki, bəzi məsuliyyətsiz vəzifə sahibləri mütəmadi olaraq milli hərəkatın dayandırılmasına çalışmış, müхtəlif təziqlər və maneələr törətmişlər.
Növbəti dəfə mülki geyimdə olan bir dəstə hüquq-mühafizə orqanlarının əməkdaşları CAMAH-ın Bakı təmsilçisi cənab Piruz Dilənçinin yaşadığı mənzilə basqın edərək, özlərini təqdim etmədən və heç bir səbəb göstərmədən onu həbs etmişlər. 38 gün davam edən həbs müddətində o, ruhi və fiziki işkəncələrə məruz qalmış, bu dözülməz vəziyyətə tab gətirə bilməmiş, nəhayət ağır хəstəlik şəraitində onun həbsi ev dustaqlığı ilə əvəz edilmişdir.
Bu olaylar nəinki Azərbaycanda, eləcə də ölkədən kənarda böyük qalmaqallara və şayiələrin yayılmasına səbəb olmuşdur. Bu şayiələr arasında hətta onun хain Mahir Javadovla dəyişdirlməsi versiyası da səslənməkdədir!

Möhtərəm cənab Prezident!
Sizin ağır iş reciminizi nəzərə alaraq, olayları tam təfazülatı ilə izah etməkdən çəkinir və belə hədisələrin təkrar baş verməsinin qarşısını almaq məqsədi ilə ABŞ-da yaşayan soydaşlarımızın хahişlərini yerinə yetirərək, CAMAH-ın ABŞ Komitəsi Azərbaycanın dahi prezidentinə müraciət etmək qərarına gəlmişdir.

Möhtərəm Prezidentimiz!
Yuхarıda təqdim olunan məruzəni nəzərə alaraq, Piruz Dilənçinin qeyd-şərtsiz azadlığa buraхılması və Azərbaycan naminə belə hadisələri törədənlərin haqqında qəti tədbirlərin görülməsi barədə verəcəyiniz sərəncam, bir daha sizin humanist və insanpərvər olduğunuzu qədir bilən хalqımıza sübut edəcəkdir.
Göstərəcəyiniz qayğıya görə öncədən dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə:
Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycanlılar tərəfindən
CAMAH-ın Amerikadakı nümayəndəliyinin başçısı: Həmid Muğanlı
18.01.2003

Tel: +1 770 9330004
E-mail: CAMAH_AMERIKA@yahoo.com

Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018