"Azərbaycan TV" ilk yayımına başladı
18.01.2004

Vaşinqtondan dünyaya yayımlanan "MA TV"-nin dalğalarından yanvar ayının 17-si Amerika vaxtı ilə saat 18-də ekrana çıxan "Azərbaycan TV" ilk verilişini 3 saat tamam davam etdirdi.
Verilişin başlanğıcını heç bir azərbaycanlı, duyğu gözyaşları tökmədən seyr edə bilməzdi.
Üç saat tamam canlı ekranda olan proqram, təbii ki, texniki problemlərdən də uzaq olmadı. Verilişləri hazırlayan və eyni halda aparıcılıq işlərini də üzərinə götürən soydaşlarımız Həmid Arazlı və Bəhram bəyin bu sahədə ilk təcrübələri olduğunu nəzərə alsaq, mükəmməl bir proqramın tərtib edildiyinə etiraf edə bilərik.
Proqramda Həmid və Bəhram bəyin çıxışlarından başqa, dünyanın hər tərəfi ilə canlı telefon bağlantıları, Azərbaycan musiqisi, "Dədə Qorqud" filmindən bir parça və uşaqlara həsr olunmuş bölüm də diqqət çəkirdi.
Xatırlatmalıyıq ki, "Azərbaycan TV"-nin bütün maddi məsələləri və sponsorluğunu Amerikada yaşayan soydaşımız Rza Sələhşur üzərinə götürmüşdür.
"Azərbaycan TV"-nin ekrana çıxmasında zəhmət çəkən və iştirak edən bütün əzizlərimizə, özəlliklə Rza bəy Sələhşura səmimi təşəkkür və minnətdarlığımızı bildiririk.

CAMAH Analitik İnformasiya Mərkəzi