Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
ÇEHREQANİ HƏBS EDİLDİ
18.12.1999

CAMAH-ın Təbriz şəhər komitəsindən verilən məlumata əsasən Cənubi Azərbaycan Milli Azadlıq hərəkatının lideri Doktor Mahmudəli Çehreqani Dekabr ayının 16-sı səhər saat 9.30-da Təbriz şəhəri mərkəzi seçki məntəqəsinə gedərkən, yolda 10 nəfərdən artıq Ettelaat məmuru tərəfindən mühasirə edilərək tutuqlanmışdır. Ettelaat-ın Təbriz mərkəzində onu guya «şəhərin sabitliyini pozduğuna görə» , eləcə də daxili və xarici mətbuata müsahibə verdiyinə görə həbs etdiklərini bildirmişlər. Həmin gecə ağır işgəncələr nəticəsində Doktor Çehreqani huşdan getmiş və bir neçə saatdan sonra tibbi yardımlar nəticəsində ayıla bilmişdir. Nəhayət, dünən axşam saat 18-də doktorun yaşadığı evinin sənədini zəmanət alaraq onu ağır fiziki şəraitdə evinə buraxmışlar.
Çehreqaninin həbsindən 3 gün öncə isə Təbrizdəki fəalların kütləvi həbsi başlamışdır. Məlumatda həbs edilənlərin içində doktorun müavinlərindən Qulamrza Əmani, CAMAH-ın Əhər şəhəri üzrə təmsilcisi Babək Azəroğlu və Naxçıvan Muxtar Respublikasının vətəndaşı olan bir qadının olduğu da qeyd edilir.
Kütləvi həbslərdən bir gün öncədən, məqsədyönlü olaraq Doktor Çehreqaninin telefon nömrəsi rejim tərəfindən dəyişilmişdir.
Daha ətraflı məlumat almaq niyyəti ilə dünən axşam Doktor Çehreqani ilə əlaqə yarada bildik. O, məlumatı təsdiq edərək bunları söylədi: «İran Məclisi secgilərinə namizədlərin qeydiyyata alınması ücün təyin edilmiş zaman namizədliyimi vermək niyyəti ilə seçki məntəqəsinə gedərkən yolda tutuqlandım və qeydiyyata alınmaq üçün verilmiş qanuni vaxtın bitdiyindən bir saat sonra zəmanətlə azad edildim. Bunlar məni qəsdən həbs etdilər ki, sonra da desinlər Çehreqani namizədliyini verməyib. Belə çıxır ki, bundan əvvəlki dövr bir az insaflı imişlər. Çünki o dəfə namizədliyim qeydiyyata alındı, amma etibarnaməmi təsdiq etmədilər. Bu dəfə isə kökündən vuraraq, hec ümumiyyətlə namizədliyimi verməyə imkan yaratmadılar. Bütün Təbriz nəzarət altındadır. Sabahkı taleyimiz naməlumdur. Lakin ümidimizi itirmədən var qüvvəmizlə məzlum millətimizin haqqını müdafiə edəcəyik. Həbs edilənlərin sayı çoxdur. Təbriz Universitetinin tələbələri yekdilliklə ayağa qalxaraq bəyanat yayıblar. Xalqım necə istəsə, elə də edəcəyik...»
Həbs olanların bəziləri şəhəri tərk etməmək şərti ilə müvəqqəti azadlığa buraxılmış, əksəriyyəti isə Ettelaatın təcridxanasında saxlanılır.
Hadisə ilə əlaqədar CAMAH mərkəzi komitəsi bugün Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Əfv Təşkilatına müraciət məktubu göndərib.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018