Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ 
BAŞ KATİBİ KOFİ ANNAN CƏNABLARINA

Surəti: 
BEYNƏLXALQ ƏFV TƏŞKİLATININ
İRAN VƏ AZƏRBAYCAN ÜZRƏ XÜSUSİ
SEKRATARINA 
18.12.1999

Bildiyiniz kimi bugünkü İran adlanan ərazidə yaşayan əhalinin təxminən yarısı Azərbaycan türküdür. 30 milyon nüfusu olan bu millət, uzun illərdən bugünə qədər milli haqsızlıqlara məruz qalmışlar. Öz varlığını və milli hüququnu müdafiəyə qalxan millət nümayəndələri və ziyalıları isə həbsə alınır. 
Xüsusi ilə 1996-cı ildə Təbriz şəhərindən xalqın tələbi ilə öz namizədliyini irəli sürmüş Təbriz üniversitetinin müəllimi, görkəmli alim Professor Doktor Mahmudəli Çehreqani, secicilərin səs coxluğu ilə İran Məclisinə secildikdən sonra, totalitar rejim onun etibarnaməsini rədd edərək, hüquqlarını vəhşicəsinə taptaladı, özünü isə həbsə aldı. O, həbsdə qaldığı 6 ay müddətində orta əsirlərə aid işgəncələrə məruz qalaraq, sol gözünün görmə qabiliyyətinin 90%-i itirdi və həmin işgəncələr nəticəsində, artıq beyin sümüyünün sol tərəfində cürümə əmələ gəlmişdir. Bugünə qədər isə onun müalicəsi barədə hec bir tədbir görünməmişdir. Üstəlik, totalitar rejim Doktor Çehreqaninin yaşadığı evinin sənədini və onun şəxsi pasportunu əlindən almış, özünü isə işdən çıxarmışdır. Düz 3 ildir ki, Çehreqanini ev dustağı ediblər. Onun görüşünə gələn tələbələri həbs edirlər və bütün hərəkətlərini nəzarət altında saxlayıblar.
Bildiyiniz kimi, İran ıslami şura Məclisinin nöbəti secgilərinə təxminən iki ay qalır. Cari il Dekabr ayının 16-sı səhər saat 9.30-da Doktor Çehreqani seçkilərdə namzədliyini qeydiyyatdan keçirmək üçün Təbriz şəhər mərkəzi seçki komisiyasına gedərkən, yolda 10 nəfərdən artıq Ettelaat məmurunun hücumuna məruz qalaraq, tutuqlanır və Ettelaatın Təbriz mərkəzinə aparılır. Həmin gecə ağır işgəncələrə dözməyərək, öz huşunu itirir. Bir neçə saatdan sonra, tibbi yardımlar nəticəsində nəhayət ki, özünə gəlir. Ona xarici və daxili mətbuata müsahibə verməmək barədə xəbərdarlıq edirlər. Doktorun fiziki şərayitinin ağırlaşdığını görən rejim, bir gün sonra, axşam saat 18-də zəmanətlə evinə buraxmağa məcbur olur. 
Əslində, totalitar molla rejimi, özünə xas taktikalardan istifadə edərək, seçkilərdə iştirak etmək istəyənlərin namizədliyinin qeydiyyata alınması ücün təyin edilmiş qanuni vaxt müddətində Doktoru həbsdə saxlamış və qanuni zamanın sona yetməsindən düz bir saat sonra, onu azad etmişdir. Yəni, ötən dövr əgər onun etibarnaməsini ləğv etdilərsə, bu dəfə hec ümumiyyətlə namizədliyini verməyə belə imkan vermədilər. 
Bunlardan əlavə, 6 gündür ki, Cənubi Azərbaycanda milli hərəkatın fəaallarının kütləvi həbsi başlanmışdır. Bu müddət ərzində onlarla tələbə, ziyalı və siyasi xadim həbs edilmiş və ailələrinə hec bir məlumat verilmir. Həbs olanların icində Çehreqaninin müavinlərindən biri Qulamrza Əmani və bir neçə CAMAH üzvü də vardırdır.
Bildiyiniz kimi Bütün bu olaylar BMT-nin insan haqları və vətəndaşlıq hüquqlarına aid qanunlarına ziddir. Bunun ücün də, Doktor Çehreqaninin hüquqlarının müdafiəsi və bərpası naminə ciddi tədbirlər görməyinizi, eləcə də həbs olanların taliyi ilə maraqlanmağınızı xahiş edirik. 

Dərin hörmətlə:
Piruz DİLƏNÇİ
CAMAH Bakı Komitəsinin sədri

Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018