Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
«ŞƏMSE TƏBRİZ» QƏZETİ QAPADILDI
19.04.2002

Təbrizdə Azərbaycan türkcəsində nəşr olunan «Şəmse Təbriz» (Təbrizin Günəşi) adlı qəzet fars şovinizmini təmsil edən İran rejimi tərəfindən qapadılmışdır.
Bununla bağlı Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Müraciətin mətnini ixtisarla təqdim edirik:

BMT-nin İnsan Haqları Komissiyasına

Cənubi Azərbaycanın Təbriz şəhərində nəşr olunan, BMT-nin bəyannamələri, beynəlxalq hüquq normaları və İran İslam Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərən «Şəmse Təbriz» qəzeti, Təbriz məhkəməsinin 38-ci şöbəsinin ədalətsiz hökmünə əsasən birdəfəlik bağlanmış və fəaliyyətinə son qoyulmuşdur.
Son bir ildə, bir tərəfdən milli haqlarını tələb edən şəxsiyyətlər şiddətlə təqib edilir, bir tərəfdən isə Azərbaycanın milli hərəkatı Müxtəlif metodlarla doğru yoldan sapdırılır.
Yuxarıda adını çəkdiyimiz qəzetin baş redaktoru cənab Əli Hamid İman, əsassız ittihamlarla 7 ay həbs və 70 zərbə şallağa məhkum edilmişdir. 
Bu günkü şəraitdə, Güney Azərbaycanda yazıçı, şair, aydın və xalqın oyanmış təbəqəsinə qarşı yeni təzyiqlərin başlanacağı gözlənilir.
Bu davranış eyni zamanda BMT-nin İnsan Haqları Komissiyasının son günlər Cənubi Azərbaycan türklərinin pozulan haqları barədə yaydığı hesabata etinasızlıq nümayiş etdirmək mahiyyətini də daşımaqdadır.
Cənab Əli Hamid İmanın hüquqlarının pozulmasını önləmək və onun məhkəməsinin ədalətli və açıq formada təkrar keçirilməsini təmin etmək məqsədi ilə, siz tərəfdən ləzimi tədbirlərin görülməsini israrla xahiş edirik.

Hörmətlə:
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri.
19.04.2002


Surəti:
Avropa Şurası Parlament Assambleyasına,
Beynəlxalq Əfv Təşkilatına.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018