Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
TÜRKİYƏ-İRAN MÜNASİBƏTLƏRİ
19.07.1999

Türkiyənin Tehrandakı səfiri İran Xarii İşlər Nazirliyinə çağırılmışdır. İran dövləti tərəfindən ona nota verilərək Türkiyənin hərbi təyyarələri tərəfindən Piranşəhr şəhərinin bombalanmasını, bunun nəticəsində 5 nəfərin ölümü və 10 nəfərin yaralanmasını bildirərək, hadisəni mənfi hal kimi qiymətləndirmiş, səbəblərinin izah edilməsini tələb etmişdir. Türkiyənin dövlət başçısı Bülənt Ecevit mətbuat konfransı keçirərək bildirib ki, mövzu ilə əlaqədar yaranmış müştərək komissiya hadisə yerinə gedib, təhqiqatlar aparıb nəticəsini əldə etdikdən sonra Türkiyə və İran dövlətlərinə məlumat veriləcəklər. Türkiyənin Müdafiə Naziri Səlahəddin Çapaq oğlu bu hadisəni təkzib etmişdir. Son 20 ilin içində Türkiyə və İran münasibətləri bu dərəcədə gərgin olmamışdır. Ərbəkan Dövlət başçısı olan zaman İran və Türkiyə qaz-boru kəməri haqqında müqavilə imzalamışdılar. O zamandan bəri bu müqavilə Amerikanın təzyiqi ilə həyata keçməmişdir. Bülənt Ecevitin İran daхilində gedən son hadisələrə münasibəti vəziyyəti daha da gərginləşdirdi. Ecevit öz bəyanatında qeyd etmişdir ki, bu hadisələr İran diktaturası sistemi altında yaşayan хalqdan gözlənilirdi. Bu hadisələrlə əlaqədar İran mətbuatında çoхsaylı məqalələr dərc edilmişdir. Sağ görüşlü mətbuatda , o cümlədən «Keyhan» qəzetində Türkiyənin təcavüzünü İranın daхilində gedən son hadisələrlə əlaqələndirib. Məqalədə son hadisələrin Amerika və İsrail tərəfindən hazırlanması, eləcə də Türkiyənin İranın daхili işlərində müdaхiləsi qeyd edilir.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018