Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
YEDDİ AYDAN SONRA
DOKTOR ÇÖHRƏQANLI SÜKUTU POZDU!
19.08.2000

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çöhrəqanlının mətbuata verdiyi son müsahibəsindən yeddi ay keçir. Həbsdən buraxıldıqdan sonra isə Ettelaatın tərəfindən telefonunun ciddi nəzarətdə olması hər hansı bir müsahibənin alınmasına və yaxud telefon danışığına imkan vermir.
Onun həbsdə olduğu müddətdə KıV-də bir para məlumatlar istər mənfi, istərsə də müsbət məzmunlarda dərc edilərək ictimaiyyətə çatdırılmışdı. Bütün bunlara aydınlıq gətirmək niyyətiylə tərtib etdiyimiz sualları CAMAH Təbriz komitəsinin vasitəsiylə doktora çatdıraraq, onun rəy və fikirlərini öyrəndik. Həmin sual-cavabın mətnini olduğu kimi heç bir dəyişiklik etmədən təqdim edirik:

-Cənab doktor həmişə ev-eşiyinizdə olmağınızı arzulayırıq. Sizin həbsdə olduğunuz 6 ay müddətində Azərbaycan KıV-də bir çox söz-söhbətlər yaranmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün bir neçə sualla sizə müraciət etməyə qərar verdik. Hər şeydən əvvəl həbsiniz barədə. Deyilənlərə görə həbs olmağınızda butaydakıların da rolu olmuşdur.
-Mənimlə maraqlandığınız üçün təşəkkür edirəm. Həbsdən buraxılarkən Ettelaat tərəfindən xarici mətbuata müsahibə verməyə haqqım olmadığı barədə mənə xəbərdarlıq ediblər. buna baxmayaraq qanun çərçivəsində olan suallarınıza cavab verəcəyəm. Mənim həbsimə gəldikdə, burada heç kimin heç bir rolu olmayıb. Mən Azərbaycanı sevdiyim üçün, xalqımın milli hüquqlarını müdafiə etdiyim üçün həbs edilmişəm. Həbsdən isə alnı açıq, üzü ağ və başı uca çıxmışam. Mənim günahım xalqımı sevməkdən ibarətdir. Başqa bir günahım olmamışdır!

-Bəzi qəzetlərin həyat yoldaşınıza istinadən yazdığına görə həbsinizdə Piruz Dilənçinin də rolu olub?
-Mən konkret şəxslər barədə fikir söyləmək istəmirəm. Buna haqqım da yoxdur. Lakin həyat yoldaşımın hər hansı bir şəxs barədə söylədiyi hər hansı bir fikri qətiyyətlə təkzib edirəm. O ki qaldı həbsimdə kimlərinsə rolu olduğuna, bildirməliyəm ki, bu hələ bir müddət əvvəldən Ettelaat tərəfindən hazırlanmış plan idi və bizi tuzağa saldılar! Bizi aldatdılar! Öz içimizdən satqınlar çıxdı! Etmədiyimiz əməllərə görə məhkəmədə bizi ittihamlandırdılar. Öz içimizdən olan satqınlar gəlib üzümüzə durdular. Yalan ifadələr verdilər. Bizim heç bir günahımız oldmadığını rejim özü də yaxşı bilir, Allah da! Tarix bunu sübut edəcək. Mühakimə zamanı məhkəmə zalına 40-50 ədəd ətir və şampun yığıb, arxasında böyük bir plakatın üzərində fars dilində belə yazmışdılar: "İran düşmənləri Əbülfəz Elçibəy və Piruz Dilənçinin Çöhrəqanlıya göndərdiyi maddi yardım"!
görürsünüz ki rejim bu ucuz əməlləri ilə bizi xalqın gözündən salmaq istəyirdi, amma Allaha şükürlər olsunki, baş tutmadı. Mənə otaydan heç kim heç bir yardım göstərməyib.

-Bizdə olan məlumata görə sizin cərimənizi ödəmək niyyətiylə BAB və CAMAH Bakıda pultoplama kampaniyasına başlamışdılar.
-Çox sağ olsunlar! Bununla müxalif deyildim. Amma bayaq da dedim. Bu günə qədər şimaldan mənə heç bir maddi yardım olmayıb. Əksinə deyən varsa, yalan deyir! Kimin nə qədər pul toplayıb-toplamadığı barədə də heç bir məlumatım yoxdur. Bakıdakılardan bir az incimişəm. Ürəyim sınıb! Onlardan heç bir umacağım da yoxdur.

-Cənab doktor, yəqin ki məlumatınız var. Əbülfəz Elçibəy ağır xəstədir. Bununla belə sizin azadlığa buraxıldığınız gün rəsmi müraciətlə Azərbaycan xalqını təbrik etdi.
-Bu barədə eşitmişəm. Onun xəstəlik xəbəri bizi sarsıtdı. O hamımızın ağsaqqalıdır. O millətçilərin arxası və güvənc yeridir. Allah ona şəfa versin. Allah ömrümüzdən kəsib onun ömrünə artırsın! Mən hər namaz qılanda bəyə düa edirəm. Tanrıdan ona şəfa diləyirəm.

-Həbsinizdən bir ay əvvəl Azərbaycan prezidenti qeyri-diplomatik cümlələrlə barənizdə çox ciddi və açıq-aşkar fikirlər söyləmişdi. Sizi əcnəbi və adi ıran vətəndaşı kimi qələmə vermişdi. Buna münasibətiniz?
-Mən ondan əvvəlki mesaclarımda Heydər Əliyevin əllərini öpmüşdüm. Dostlarımın və əqidə yoldşlarımın təklifi ilə Bakıda müalicə olunmağıma şərait yaratmasını xahiş etmişdim. O isə belə sərt hərəkət etdi. Heydər Əliyev prezident olaraq bu günə qədər biz cənublulara nə verib ki, bundan sonra da hansısa bir umacağımız olsun? O düzgün hərəkət etmədi! Düşmənlərimizə yaşıl işıq göstərdi! Mən o vaxt da demişdim, Azərbaycan bayrağını qoruyanları qoruya bilməyənlərə yazıqlar olsun!

-Cənab doktor, yaxınlarda Heydər Əliyevin ırana və xüsusiylə Təbrizə səfəri gözlənilir. Təbrizdə onunla görüşmək istərdinizmi?
-Əlbəttə ki icazə versələr görüşmək istərdim. Onun Heydər Əliyev olduğuna görə yox! 50 milyon azərbaycanlının yeganə dövlətinin prezidenti kimi biz onu böyük hörmətlə qarşılayacağıq. Qoy düşmənlərimiz bilsin ki, azərbaycanlı, azərbaycanlıdır və Azərbaycan prezidenti bütün azərbaycanlıların prezidentidir. Təbriz xalqı onun səfərini səbirsizliklə gözləyir. Xalqın sevinc və hissiyyat dolu göz yaşları Heydər Əliyevi qarşılayacaq. Qabağında qurbanlar kəsiləcək. Yüz illərin milli təhqirinə bir anlıq da olsa, o gün son qoyulacaq. Ən məğrur günümüzü yaşayacağıq. Bilirsiz, bu tarixi bir hadisə olacaq. Qocaman Təbriz, başı bəlalı Təbriz ilk dəfə öz dövlətinin olduğunu, bayrağının olduğunu və prezidentinin olduğunu müşahidə edəcək və bunun dadını duyacaq. Bundan artıq nə istəyirik ki?

Müsahibəni hazırladı:
CAMAH Mətbuat Xidmətinin müvəqqəti rəhbəri Doktor Nasir Azəri

Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018