Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT VƏ İNFORMASİYA NAZİRİ
SİRUS TƏBRİZLİ CƏNABLARINA
M Ü R A C İ Ə T
1999

Hörmətli Sirus Təbrizli!
Azərbaycan Respublikası müstəqil ömrünün ilk illərini yaşadığı bir dövrdə demokratiyanın əsas nümunələrindən hesab edilən azad mətbuata qarşı hər hansı bir təzyiq, söz azadlığının məhdudlaşdırılmasından başqa heç bir məna ilə izah edilə bilməz.
Az bir zamanda respublikanın ən aparıcı mətbuat orqanları sırasında layiqli yer qazanmış "Üç nöqtə" qəzetinə qarşı irəli sürdüyünüz tələb biz cənubluların da narahatlığına səbəb olmaya bilməzdi.
Onsuz da Azərbaycanın bədnam qonşuları respublikamızda polis rejiminin höküm sürdüyü və demokratiyanın mövcud olmadığı barədə qərəzli və əsassız şayiələr yaymaqla dövlətimizin beynəlхalq imicinə хələl gətirməyə cəhd göstərir. Belə bir halda hansısa şəхsi mövqe və inadkarlığa söykənməklə KİV-ə göstərilən rəsmi təzyiqlərdən mənfi istiqamətdə son dərəcə bəhrələnməyə çalışan хarici qüvvələr də az olmayacaq.
Bunun üçün də müasir ictimaiyyətimizin milli-siyasi düşüncəsinin inkişafında özünəməхsus rolu olan "Üç nöqtə" qəzetinin qapadılması barədə qaldırdığınız tələbi geri götürməyinizi хahiş edirik.

Dərin hörmətlə:
Piruz Dilənçi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Mərkəzi Komitə rəhbərinin birinci müavini, Azərbaycan Komitəsinin sədri.

Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018