DOKTOR ÇEHREQANİ Ə.ELÇİBƏYLƏ DANIŞMADIĞINI DEYİR!
21.10.1999

Ötən həftə yaydığımız gündəlik məlumatda Doktor Mahmudəli Çehreqaninin Ettelaat-a aparıldığı və ondan iltizam alındığı barədə xəbər vermişdik.
Bəzi qərəzli şəxslər, dərhal məqsədyönlü olaraq Doktor Çehreqani ilə guya əlaqə saxladıqlarını, Çehreqaninin Ettelaat-a aparılmadığını və onun xəstə olmadığını bəyan etdilər.
Bir daha həqiqəti öyrənmək niyyəti ilə, Mahmudəli Çehreqaniyə zəng açdıq. O, bunları söylədi:

«Eşitdiyimə görə bəziləri, o cümlədən də Ə.Elçibəy mənimlə telefon əlaqəsi saxladıqlarını, və mənim tərəfimdən CAMAH-ın verdiyi məlumatın təkzib edildiyini iddia edirlər! Bu qətiyyətlə yalandır! Heç ümümiyyətlə Əbülfəz bə 2 aya yaxındır ki, mənə zəng açmayıb! Belə bir halda necə ola bilər ki mən nəyisə təkzib və ya təsdiq edim? Mənim ölkə xaricinə zəng açmağa nə icazəm yoxdur, nə də maddi imkanım! Buna görə də mən heç vaxt xaricə zəng etməmişəm. Həmişə xaricdən mənə zəng ediblər. Əbülfəz Elçibəy də həmçinin. Həmişə o mənə zəng edir. Lakin dediyim kimi o, 2 aya yaxındır ki mənimlə danışmayıb. Belə bir halda necə ola bilər ki, mənim Ettelaat tərəfindən incidilməyim və ya xəstə olmadığım barədə məlumat versin?! Sağlıq olsun, zaman çox şeyləri göstərəcək...
Bir daha diqqətinizə çatdırıram ki, məni yalnız Ettelaatın Təbriz şöbəsinə deyil, həm də Tehran mərkəzinə də aparıb-gətirirlər! Özüm də həddən artıq ağrı, əzab və xəstəlik içində yaşayıram!
O ki qaldı Piruz Dilənçi ilə mənim aramdakı guya hər hansı bir ixtilafın mövcudluğu barədə Azərbaycan mətbuatının son günlər dərc etdiyi şayiələrə, məlum edirəm ki, mənimlə Piruz dilənçinin arasında heç bir ixtilaf olmayıb, yoxdur və olmayacaq da! Biz eyni yola qolluq edən xadimlərik. P.Dilənçi mənim canım və ciyərimdir. O, şərəfli, sədaqətli, çalışqan və dönməzdir! Əvvəldən belə olub, indi də belədir, axıra qədər də belə qalacaq! Biz millətimizlə əhd etmişik»...