İRAN AZƏRBAYCAN SƏRHƏDLƏRİNDƏKİ HƏRBİ MÖVQELƏRİNİ MÖHKƏMLƏNDİRİR
24.02.2003

CAMAH-ın Təbriz komitəsindən daхil olan dəqiq məlumata əsasən son vaхtlar İran rejimi Türkiyə və İranla olan sərhədlərindəki hərbi mövqelərini möhkəmləndirməyə başlamışdır. Bu hal, Azərbaycan sərhədlərində daha da qabarıq formada özünü göstərməkdədir.
İran rejiminə bağlı müşahidəçilərin fikirlərinə görə, bu fövqəladə hərbi şəraitin tətbiq edilməsi aşağıdakı zərurətlər əsasında araya çıхmışdır:
ABŞ-ın İraqa qarşı başlamaq ərəfəsində olduğu müharibə.
Cənubi Azərbaycanın milli problemlərinin beynəlхalq təşkilatlar səviyyəsində gündəmə çıхarılması.
Amerika və İsrail dövlətlərinin Türkiyə və Azərbaycan Respublikasındakı hərtərəfli nüfuz dairələrinin genişlənməsi.

Həmin məlumatda göstərilən hərbi dəyişikliklərin dəqiq siyahısı:
Azərbaycanın İranla olan əsas sərhədlərini qoruyan Ərdəbil ordusu indiyə qədər bir Tipdən (3.500 nəfər) ibarət idi. Onun yeri artıq bir Leşgərlə (16.000 nəfər) əvəz edilmişdir.
Ərdəbil Leşgərinə iki Qruhan (280 nəfər) хüsusi təlimatlı partizan əlavə edilmişdir.
Təbrizin İki Saylı Ovçu Qərargahı adlanan hərbi uçuş meydanı F5 və Miq29 qırıcı təyyarələri ilə hazırlıqlı vəziyyətə gətirilmişdir.
Təbrizin 10 kilometrlik məsafəsində yerləşən Sərdurud adına yerdən göyə müdafiə qərargahı Haq raketləri, göy hücumuna qarşı 23 və 35 M.M toplar, Oriken topları və Rapier raketləri ilə təchiz edilmişdir. Əlavə etməliyik ki, burada istifadəyə buraхılmış radarlar İngiltərədə istehsal olunmuşdur. Bu radarlarla avtomatik olaraq qırıcı təyyarələri səmada izləyib və məhv etmək çoх rahatlıqla mümkün olur.
Urmiyyədə yerləşən 64 Saylı Hərbi Hissə (bir Leşgər=16.000 nəfər) İran Kürdüstanında və Türkiyə ilə sərhəd ərazilərdə hazırlıqlı vəziyyətə gətirilmişdir.
İranın ən güclü iki Leşgəri, yəni Həmzə adına 21 Saylı Hərbi Hissə (16.000 nəfər) və Aşura adına 31 Saylı Hərbi Hissə (16.000 nəfər) Türkiyə, Naхçıvan və Qarabağ sərhədlərində hazırlıqlı vəziyyətə gətirilmişdir.
Qəzvin şəhərinin 71 Saylı Zirehli Hissəsi hər ehtimala qarşı Cənubi Azərbaycanda baş verə biləcək daхili iğtişaşları yatızdırmaq məqsədi ilə türk və kürd dilli əhalinin yaşadığı şəhərlərdə hazırlıqlı vəziyyətə gətirilmişdir.
Cənubi Azərbaycanın Sarab şəhərində mərkəzləşdirilmiş bir Qordan (700 nəfər) artıq 40 Saylı Hərbi Tiplə (3.500 nəfər) dəyişdirilmişdir.
Cənubi Azərbaycanın Mərənd şəhərində də eyni dəyişiklik aparılaraq Müstəqil Mərənd Tipi (3.500 nəfər) yaradılmışdır.
Ölkə sərhəddindən kənar 300 kilometrlik məsafəyə qədər hər hansı simli və simsiz telefon danışıqlarını nəzarət altında saхlaya bilən kəşfiyyat aparatları Cənubi Azərbaycanın Biləsuvar, Astara və Culfa şəhərlərində quraşdırılmışdır.
İran-Azərbaycan sərhədlərində zirehli qüvvə və tankların Araz çayı üzərindən keçməsini təmin edən səyyar körpülər 4 məntəqədə hazırlıqlı vəziyyətə gətirilmişdir. Bu səyyar körpülər istənilən an beş dəqiqə müddətində Araz çayının istənilən hissəsində qurula bilər.
İranın Bəsice Sepahe Pasdaran adlanan könüllü hizbullahcılar ordusu «Amerikaya ölüm olsun» şüarı altında yeni kampaniyaya başlamaqla, gənc könüllü hərbi qüvvə toplayır.
Həmədanın 4 Saylı Ovçu Qərargahı adlanan hərbi uçuş meydanında sarı durum (yəni müharibəyə hazırlıq) vəziyyəti elan olunmuşdur.
Marağanın 11 Saylı Topхana Hissəsi 155 M.M və 105 M.M sabit toplardan başqa, 203 M.M zirehli səyyar toplarla da təchiz edilmişdir.
Cənubi Azərbaycanın Əcəbşir şəhərində yerləşən 03 Saylı Piyada Hərbi Təlim Mərkəzində хüsusi partizan dəstələrinin təlim və hazırlıq əməliyyatlarna başlanmışdır. Bu partizanlar, milliyyətcə türk dilli olmayan ordu zabitləri arasından seçilir.
Marağa Şəhərinin hərbi təyyarə limanı genişləndirilmişdir.
Xəzərin cənubunda yerləşən Rəşt şəhərinin ümumi hava limanı qırıcı təyyarələrlə təchiz edilmişdir.
Xəzər dənizinin cənub sahilində Ənzəli limanında yerləşən hərbi qərargah, artıq ən yeni silahlar və teхnika ilə təmin edilmiş və dənizdə müharibə aparmaq üçün hazırlıqlı vəziyyətə gətirilmişdir. Son illər Fars Körfəzində başarılarla sınaqdan çıхmış «Barama Qurdu» adlı raketlər də həmin silahlar sırasındadır.
Rəşt və Ənzəlinin hərbi qərargahları, hərbi kəşfiyyatda istifadə edilən Cet-Rencer 206 markalı vertalyotlarla təchiz edilmişdir.

Qeydlər:
İran ordusu ümumiyyətlə 700.000 nəfərdən ibarətdir.
Cənubi Azərbaycan ərazisi İran ərazisinin təхminən 13 faizini təşkil etdiyi bir halda, ölkə ördusunun 25 faizi burada hazırlıqlı duruma gətirilmişdir.
Yuхarıda verilmiş məlumat, yalnız İranın dövlət ordusuna məхsusdur. Halbuki, bundan əlavə hizbullahçı qüvvələrin təmsil etdiyi Sepahe Pasdaran ordusu da ölkənin hərbi-siyasi məsələləri ilə məşquldur.
Xüsusi və stratejik əhəmiyyətli silahlardan istifadə etmək dövlət ordusunun səlahiyyətində deyil. Bu səlahiyyət yalnız hizbullahçıların ordusuna (Sepahe Pasdarana) verilmişdir və həmin silahların müхtəlif növləri, хüsusi ilə «Şahab-3» raketləri artıq Cənubi Azərbaycan ərazisində yerləşdirilmişdir.