Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
PİRUZ DİLƏNÇİDƏN İLTİZAM ALINDI
24.04.2000

Milli Məclisin üzvü Mətləb Mütəllimovun şikayəti əsasında CAMAH Bakı komitəsinin sədri Piruz Dilənçinin əleyhinə başlanmış istintaq əməliyyatı iki ilə yaxın davam etdikdən sonra, ədalətsiz və qərəzli qərarla yekunlaşmaq ərəfəsindədir.
Azərbaycan Respublikası CM-nin 122-ci maddəsinin 2-ci hissəsi ilə əleyhinə cinayət işi qaldırılmış P.Dilənçi bu gün yenidən Yasamal Rayon Prokurorluğuna çağırılmışdır. Orada qanuna uyğun P.Dilənçiyə mövcud cinayət işinin matriyalları ilə tanış olmaq imkanı verilmiş, qanunun müvafiq bənd və maddələri ona izah edilərək sonuncu dəfə özünü müdafiə etməyə səlahiyyəti olduğu bildirilmişdir. P.Dilənçi işin tapşırıq əsasında ədalətsiz aparıldığına etiraz olaraq təkrar izahat verməkdən imtina etmiş, M.Mütəllimov barədə söylədiklərini bir daha təsdiqləmişdir. Üstəlik o, respublikanın ən ali qanunverici oqanında Mütəllimov kimi simasız şəxsin təmsil olunmasından təəssüfləndiyini də əlavə etmişdir. 
Sonda, P.Dilənçinin rəsmi ittihamı oxunaraq, «şərq» qəzetinin 5 yanvar 1999-cu il və «Etimad» qəzetinin 9 fevral 2000-ci il tarixli nömrələrində verdiyi müsahibəyə görə təqsirkar hesab edilmişdir.
Nəhayət yaxın günlərdə məhkəmənin son iclasının keçiriləcəyi zamana qədər, prokurorluq qəti imkan tədbirinin yüngül növünü seçərək Piruz Dilənçidən «Bakıdan çıxmamaq barədə» iltizam alınmasına qərar vermişdir.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018