DOKTOR ÇÖHRƏQANLININ HƏYATI TƏHLÜKƏ QARŞISINDADIR
24.07.2000

Beş aydan artıqdır ki, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbəri Doktor Mahmudəli Çöhrəqanlı İran İslami İnqilab Məhkəməsinin ədalətsiz qərarı ilə Ettelaatın nəzarətində olan Təbrizin 5 nömrəli siyasi təcridxanasında saxlanılır. Bu müddətdə doktor Çöhrəqanlı iki dəfə aclın aksiyası keçirərək bir dəfə ağır, bir dəfə isə yüngül dərəcəli infarkt keçirmişdir. İki ay bundan əvvəl Təbrizin Qanuni Həkimlər Komissiyasının tibbi müayinəsindən sonra onun həbsxana şəraitində yaşamasının qeyri mümkünlüyü belə qeyd edilsə də, rejim azadlığa buraxılmasına razılıq verməmişdi. 
Ötən həftədən etibarən Çöhrəqanlının fiziki durumu həddən artıq ağırlaşmışdır.
CAMAH-ın Təbriz komitəsindən verilən son məlumatda isə ağır qan axma nəticəsində huşunu itirən doktor Çöhrəqanlının dünən günortadan sonra həbsxananın poliknikasına aparılaraq həkim nəzarətinə alındığı bildirilir.
Xatırlatmalıyıq ki, məhkəmənin ədalətsiz qərarı ilə doktor Çöhrəqanlı 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir və buna əsasən də o, avqust ayının birinci yarısında azadlığa buraxılmalıdır.