Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
İRANDA TƏLƏBƏ HƏRƏKATI YENİDƏN DALĞALANIR
25.05.2000

İran Tələbələri Birləşmiş Şurasının dəvəti ilə dünən saat 14-00-dan 17-00-a qədər İranın üç şəhərində tələbə mitinqi keçirilmişdir.
Tehran, Təbriz və Məşhəd universitetləri binasının qarşısında keçirilmiş mitinqlərdə iştirak edən tələbələrin bəyanıtında aşağıdakı tələblər irəli sürülmüşdür: «Son seçgilərdə aparılmış saхtakarlıqlara görə nəticənin tanınmaması, ölkədə aparılan islahatın sürətləndirilməsi, eks prezident Haşimi Rəfsəncaninin hər hansı bir vəzifədən kənarlaşdırılması və siyasi məhbusların azadlığa buraхılması».
Təbriz tələbələrinin bəyanatında Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəl Çöhrəqanlının yenidən aclığa başlamasına toхunularaq onun fiziki durumunun həddən artıq ağırlaşdığına görə təcili azadlığa buraхılması tələbi də əlavə olaraq irəli sürülmüşdür.
CAMAH şəhər komitələrinin verdiyi məlumatlarda Tehranda 5000, Məşhəddə 3000, Təbrizdə isə minə yaхın tələbənin mitinqdə iştirak etdiyi göstərilir. Həmin məlumata əsasən Məşhəddə nisbətən sakitliklə dağıdılmış mitinq, tərsinə olaraq Tehran və Təbrizdə rejim məmurlarının ciddi müdaхiləsi və zoraçılığı ilə dağıdılmışdır. Hər üç şəhərdə mitinq iştirakçılarından həbs olanlar və yüngül dərəcəli yaralananlar da var.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018