DOKTOR ÇEHREQANİ AZƏRBAYCAN DÖVLƏTİNİN RƏHBƏRLƏRİNDƏN GİLEYLƏNDİ
26.11.1999

8 illik fəaliyyətdən sonra, müxtəlif təzyiqlər nəticəsində nəhayət ki, CAMAH-ın Bakıdakı baş qərargahı dünən bağlandı.
Bu hadisə bir çox cənubluların sarsıntısına səbəb olmaqla yanaşı, Doktor Mahmudəli Çehreqaninin də Azərbaycan iqtidarına qarşı narahatçılığına səbəb oldu. Bu gün səhər Dotor Çehreqani bu barədə bunları söylədi: «İran-Azərbaycan arasında imzalanmış hüquqi müqavilənin təsdiqi ilə CAMAH-ın Bakıdakı qərargahının bağlanması, xüsusi ilə də eyni günə təsadüf etməsi, Bizim sarsıntımıza səbəb oldu. Azərbaycan dövlətinin məsullarına ən azı soydaş laqeydliyinə görə dərin təəssüfümü bildirirəm. Heydər Əliyevin köhnə siyasətçi olduğundan, biz heç vaxt onun tərəfindən belə bir müqavilənin imzalanmasına yol verilməyəcəyinə inanırdıq. Bunu bildirməliyik ki, şimaldan cənuba bir nəfər mühacir belə təslim edilərsə, bu tarixdə qalası bir xəyanət və alçaqlıq kimi qiymətləndiriləcək. Bu gün cənubda fəallaşdığımız bir dövrdə, şimaldakı qardaşlarımızın sıxışdırılması və onların qərargahının bağlanması da öz tərixi və siyasi qiymətini alacaq.