Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
DOKTOR ÇÖHRƏQANINI ÖLDÜRMƏK İSTƏYİRLƏR
31.07.2000

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının ağır və dözülməz fiziki durumda cari ayın 27-si həbsdən burəxıldığı barədə məlumat vermişdik.
Təşkilatın Təbriz komitəsindən verilən son məlumata əsasən ayın 28-dən doktorun evi tamami ilə təhlükəsizlik (Ettelaat) məmurlarının açıq-aşkar nəzarəti altında saxlanılaraq onun ziyarətinə gələn əhaliyə görüşmək imkanı verilmir.
Son məlumatda isə doktor Çöhrəqanlının səhətinin ağırlaşaraq dözülməz vəziyyətə düşdüyü və buna görə də ev şəraitində şəxsi həkimlərin müayinəsindən keçirildiyi qeyd edilir. Həkimlərin dünən verdiyi müayinə raportunda CAMAH liderinin qanında ciddi təhlükələr törətməyə qadir olan bakterilərin müşahidə olunduğu göstərilir. Mütəxəssislərin mülahizəsinə görə həmin bakterilər həbsdə saxlanıldığı müddətdə yoluxdurma yolu və qida vasitəsi ilə Çöhrəqanlının orqanizminə yeridilmişdir. 
Qeyd etmək lazımdır ki, molla rejimi İranda hakimiyyətə gəldiyi son 20 ildə görkəmli siyasi xadimlərin qəhrəmanlaşdırılmaması naminə onların əksəriyyəti ya guya ki "narkobizneslə məşqul olmaqda" ittihamlandırılaraq güllələnmiş və yaxud həbsdə saxlanıldığı müddətdə qida vasitəsi ilə təhlükəli bakterilərə yoluxdurularaq azadlıqdan bir müddət sonra tədrici ölümə sürüklənmiş və guya ki "təbi ölümlə" vəfat etmişlər. Bu günə qədər onlarla belə hal BMT-nin insan haqlarını müdafiə edən əlaqədar orqanlarında və Beynəlxalq Əfv Təşkilatında fakt olaraq qeydə alınmışdır.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018