Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
GÜNEY AZƏRBAYCAN ZİYALILARI 
AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏT ETDİLƏR
04.01.2003

CAMAH-ın Bakı təmsilçisi Piruz Dilənçinin hüquqlarının müdafiəsi tələbi ilə Güney Azərbaycanın yüzə yaxın şair, yazıçı və universitet müəllimi Azərbaycan prezidenti Heydər Əliyevə mürəciət etmişlər.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:


Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əliyev cənablarına!
Aldığımız məlumata əsasən Güney Azərbaycanın tanınmış şairi və siyasi xadimi Piruz Dilənçi 5 dekabr 2002-ci il tarixdə naməlum səbəbdən Bakıda həbs edilmişdir. 38 gün təcridxanada saxlanıldıqdan sonra, ev dustağı şəraitində azadlığa buraxılmışdır və bu gün də ev dustaqlığında yaşamaqdadır. Təbii ki, bu olay bizi narahat etməyə bilməzdi.
Bu hadisədən milli maraqlarımıza zidd istiqamətdə bəhrələnməyə cəhd göstərən ıran mətbuatı və fars şovinizminə xidmət edən elektron informasiya vasitələri Piruz Dilənçinin həbsi ilə bağlı ziddiyyətli və qərəzli məlumatlar yaymaqla, şimali Azərbaycandakı dövlətimizi 30 milyon cənublu soydaşımızın gözündən salmaq məqsədi güdürlər. Həmin məlumatlarda cənab Dilənçinin sifarişlə həbs edilərək, Mahir Cavadovla dəyişdirilməsi versiyası da istisna edilmir. 

Möhtərəm Prezident!
Piruz Dilənçi cənubdan Şimali Azərbaycana mühacirət etməyə məcbur olduğu zaman nə cinayətkar deyil idi, nə də cinəyətkar olmaq üçün doğmalarını əbədi tərk etmirdi. Onun törətdiyi yeganə cinayət, vətənini, millətini və milli bayrağını sevməkdən ibarət idi. Piruz Dilənçi hələ gənc yaşlarından Doktor Cavad Heyətin nəşr etdirdiyi ”Varlıq” jurnalında fəaliyyət göstərərək, milli ədəbiyyatımızın təbliği və inkişafı uğrunda əlindən gələni əsirgəmirdi. 80-ci illərdə ıranda Azərbaycan türkcəsində danışanların az qala dilləri kəsildiyi bir dövrdə, Piruz Dilənçi bütün varlığını təhlükəyə ataraq, nəinki cənub ədəbiyyatını, hətta şimali Azərbaycanın müasir ədəbiyyatını da tərcümə, nəşr və təblliğ edirdi.
P.Dilənçinin ana dilimiz və ədəbiyyatımızın cənubdakı inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə onun müdafiəsinə qoşulmaya bilmərik və buna mənəvi haqqımız da yoxdur.

Hörmətli Prezident!
P.Dilənçiyə qarşı tətbiq edilmiş həbs və təziqlər 30 milyonluq cənub ictimaiyyətində və xüsusi ilə ziyalılır arasında nigarançılıq və narahatlıqlara səbəb olmuşdur. Bütun bunlara son qoymaq isə yalnız sizin səlahiyyətiniz daxilindədir. Odur ki, sizə müraciətlə ali humanistliyinizə güvənir və bu barədə ədalətli tədbirlərin görülməsi üçün sərəncam verməyinizi xahiş edirik.

Təkrar salamlar və səmimi sayğılarımızla:
Güney Azərbaycanın şairləri, yazıçıları və bir qrup universitet müəllimləri


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018