21 yanvar 2002-ci il tarixdə Mahmudəli Çehreqaninin CAMAH-dan çıxarılması barədə qəbul olunmuş qərar

21.01.2002


Bütün mövcud sıxıntılara baxmayaraq, düz 10 ildir ki, qarşımızda durmaq istəyən hər hansı bir maniəni fəth edərək öz şərəfli mübarizəmizi davam etdirməkdəyik. Bu gün qürur hissləri ilə həmvətənlərimizin diqqətinə çatdırırıq ki, Cənubi Azərbaycanın milli azadlığı uğrunda mübarizəyə başlamış ilk mütəşəkkil və çox şaxəli qurum olaraq, İran adlanan qondarma coğrafi ərazidə yaşayan soydaşlarımızın az da olsa, milli özlüyünə qayıdışında borcumuzu yerinə yetirə bilmişik.
1996-cı ilə qədər yol verdiyi səhvlərini etiraf etdiyini nəzərə alaraq günahlarını bağışladığımız Mahmudəli Çehreqani 1999-cu ildə bizimlə apardığı müzakirələr nəticəsində CAMAH Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Lakin 2000-ci il tarixdə Təbrizdə Ettelaat tərəfindən həbs edildikdən sonra bizə məlum olmayan səbəblərdən o, CAMAH-ın nizamnamə və məramnaməsinə zidd olaraq, mübarizəsini yalnız İran konstitusiyasına uyğun davam etdirəcəyini bəyan etişdir. Onun bu hərəkətini mlli əqidəsinin zəifliyi və 1996-cı ildən əvvəlki simasına qayıdışı kimi qiymətləndirməkdən başqa heç bir ifadə ilə izah etmək istəməzdik. Bununla kifayətlənməyən Çehreqani, CAMAH Mərkəzi Komitəsinin məsul nümayəndələri ilə söhbətində artıq AMİC (Azərbaycan Milli İslami Cəbhəsi) adlı yeni qurum yaratdığını və bütün CAMAH üzvlərini bu təşkilatda fəaliyyət göstərməyə dəvət etdiyini bildirmişdir.
Mövzunun Sənubi Azərbaycanda yaşayan 30 milyonluq soydaşımızın ən radikal təşkilatı olan CAMAH-da yaxşı nəticələr verməyəcəyini nəzərə alaraq, məsələyə aydınlıq gətirmək üçün Siyasi Şuranın qərarı ilə Barışmaz Calaloğlu dər hal İsveçin Hoteburq şəhərinə göndərildi. O, Çehreqani ilə apardığı 3 günlük danışıqlardan sonra məlum oldu ki, Çehreqani guya cənubdakı hərəkatçıları rejim təhlükəsindən qorumaq məqsədi ilə, CAMAH-ın adını dəyişərək AMİC adını verməklə fəaliyyətini «İslam» adı altında davam etdirmək qərarındadır. Fars şovinizminin inşası ilə İranda yaradılmış «İslam»-ın vaxtı ilə Sovetlərdə hökm sürən sosiyalizm ideyasının internasionalizm əhval-ruhiyyəsinə uyğun, «zahirdə Bütün millətlərə qardaşlıq» deyə, əməldə özlərini üstün millət kimi hesab edən siyasətinə nabələd olmadığımız üçün Mahmudəli Çehreqaninin bu izahını da absurt hesab edirik.
Baş vermiş hadisələri nəzərə alaraq CAMAH komitələri rəhbərlərinin səs birliyi ilə M.Çehreqaninin təşkilat sədrliyindən buraxılmasına və səlahiyyətlərinin alınmasına qərar vermişdir.
Bu qərarla o, CAMAH-da adi üzvlük hüquqlarından da məhrum edilmiş sayılır. CAMAH-ın yeni səlahiyyətli lideri təşkilatın nizamnamə və məramnaməsinə uyğun təyin edildikdən sonra, yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.