Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
CAMAH-ın KEÇMİŞ LİDERİ MAHMUDƏLİ ÇEHREQANİ
ONUN MÜAVİNİ
BABƏK AZƏROĞLUNUN GÖZÜ İLƏ

Fevral 2002



Son zamanlar Cənubi Azərbaycanın siyasi arenasında sensasiyaya səbəb olmuş əsas mövzulardan biri Mahmudəli Çehreqaninin CAMAH-dan çıxarılması məsələsi olmuşdur.
Cənubi Azərbaycanın əsas və aparıcı siyasi təşkilatı (CAMAH)-da belə bir hadisənin baş verməsi, təbii ki, bir mənalı qarşılanmamışdır. Bu məsələyə aydınlıq gətirə biləcək bütün həqiqətləri acıqlamağı qərara almışıq. Çehreqaninin CAMAH-dan xaric edilməsi barədə Siyasi Şuranın verdiyi qərarın, onun özünü də şok vəziyyətə saldığı açıq-aşkar hiss olunurdu.
Günah və səhvlərini ört-basdır etmək və CAMAH-dan kənarlaşdırıldığını adi bir hal kimi qələmə vermək istəyən Çehreqani, özünü itirərək, bir ay müddətində, hər gün bir söz dedi! Əvvəl Piruz Dilənçini, sonra da Babək Azəroğlunu tanımadığını söylədi. Daha sonra heç ümumiyyətlə CAMAH-ı tanımadığı barədə bəyanatlar verdi!! Bir neçə gün sonra, Barışmaz Calaloğlu ilə İsvkçdə görüşüb və apardığı çü günlük müzakirələri dandı!...
Biz burada Nə Çehreqanini tənqid, nə də VURMAQ fikrində deyilik. Sadəcə həqiqəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.
Cənab Çehreqani elə düşünür ki, başqaları da onun özü kimi yəlan danışmaqla sensasiya yaratmaq istəyir! Bir müddət əvvəl ardıcıl bəyanatlarla çıxış edərək tələbkarcasına əlmizdə sənəd varsa, açıqlanmasını istəyirdi. Biz isə təşkilatın məxfi sirlərinin açıqlanmaması naminə, eləcə də bəzi prinsiblərin qorunması məqsədi ilə bu halın baş verməsinin tərəfdarı deyil idik. Fikirləşirdik ki, ağaye Çehreqani səssiz-səmirsiz əvvəlki işinə qayıdaraq, (Təbriz Universitetinin Dini Nəzarət Şöbəsində öz peşəsi ilə məşqul olacaq! Lakin cənab Çehreqani, apardığı təxribat və şəxsiyyət terroru xarakteri daşıyan əməllərindən əl çəkmədi. O, əlmizdə olan sənədlərin açıqlanmasını tələb etmişdi! Onun özündən soruşmalıyıq ki, haradan başlamağımızı məsləhət bilir? Təbriz Universitetinin millətçi müəllimi ağaye Fərzinniyanı aldadaraq, ondan pul alıb etibarsız bank çeki verməyindən, Bulut Qarapaqla CAP-ın yaradılmasına dair telefon danışığının səs yazısından, Təbrizdəki hizbullahçılıq əməllərindən, Babək Azəroğlu ilə qaçaqmalçılıq planlarının səs yəzısından, Böyükağa Rəsulvənd və professor Seyidağa Önullahni döydürməyinə dair Bakıdakı adamlarına telefonla göstəriş verməyinin səs yazısından, Bakıdan Piruz Dilənçinin göndərdiyi yardımları mənimsəməyindən, rüsvayçılıq səviyyəsində olan telefon danışıqlarının səs yazısından, ya nədən? Haradan başlayaq? Necə deyərlər, GÜNAH BİZDƏN KEÇDİ AĞAYE ÇEHREQANİ!
Açıqlamalarımızın müqəddiməsi olaraq keçmiş Çehreqaninin keçmiş müavini Babək Azəroğlunun sözləri ilə başlayırıq!


Babək Azəroğlu:
MƏN ELƏ BURADA ÇEHREQANİYƏ BİLDİRMƏK İSTƏYİRƏM Kİ, HƏLƏ GEC DEYİL! TÖVBƏ EDİB DÜZ YOLA QAYITSIN!


Babək Azəroğlunun verdiyi müsahibənin mətni:

Sual:
Babək bəy, CAMAH-dakı fəaliyyətlərinizdən danışmağınızı xahiş edirik. Daha doğrusu, siz bir yerdə deyirsiniz ki, Çehreqaninin nizami məsələlər üzrə müavini olmusunuz. Nizami məsələ dedikdə, biz hərbi işləri düşünürük. Çehreqaninin belə işlərə nə ehtiyacı var idi ki?

Cavab:
Bəziləri o qədər yüngül təfəkkürə sahibdirlər ki, ağı qaradan seçə bilmirlər. Bu kimi insanlar məni məcbur etdi ki, qısa da olsa, bəzi məsələlərə aydınlıq gətirim. Mən bu açıqlamaları hissə-hissə təqdim edəcəyəm. Bəlkə Çehreqani tutduğu yoldan əl çəkib, onun-bunun haqqında iftira deməyə son qoysun. Mən elə burada Çehreqaniyə bildirirəm ki, hələ gec deyil. Tövbə edib xalqının qucağına qayıtsın! Hərəkatda olan sədaqətli və səmimi gənclərin arasında nifaq salmasın. Mən həmişə Çehreqaniyə deyirdim mübarizəçisən, siyasətçi yox, ona görə Təbrizdən çıxma! Əgər çıxsan, siyasət meydanına düşüb əl-ayaq altında qalıb məhv olarsan! İndi bu hadisə baş verdi. Hələ də Çehreqani özünə gəlməyib, ona-buna şər yaxmaqla məşquldur. Çehreqanini yaxından tanıyanların hamısı yaxşı bilir ki, o, həmişə güneydəki görkəmli şəxsiyyətlərimizi ləkələməyə çalışıb. O cümlədən mərhum Doktor Məhəmmədtağı Zehtabi, Doktor Cavad Heyət, Əhməd Həkimipur, Həsən Azərbaycan (Dəmirçi), mühəndis Keyvançehr, Doktor Əlirza Daşqın, Doktor Aqşin Ağkəmərli, Mənuçöhr Əzizi və s. Hətta Zehtabi rəhmətə gedəndən sonra, bir gün gördüm onun şəkilini evinin divarından asıb. Dedim doktor, bu nədir?! Bəs axı sən həmişə bu rəhmətliyi pisləyirdin?! Dedi sən hələ uşaqsan, bu şeyləri bilməzsən, onun diriliyi mənə nə qədər ziyanlı idisə, ölümü bir o qədər də xeyirlidir! Dedim doktor, ölüdən də xeyir çıxar? Dedi indi onun tərəfdarları görəcək ki, mən onun şəkilini evimdə asmışam, hamısı mənim tərəfimə gələcək! Görürsünüz? Bu adam indi də Təbrizdən çıxıb, xaricdə həmin əməllərini davam etdirməkdədir. Bir çox sənublular var ki, Çehreqani hələ onlara şər yaxmayıb. Hamısına bildirirəm ki, sevinməyə dəyməz! Bir az səbr eləsinlər, inşaallah onların da «toyu» qabaqdadır!!!
İndə keçək nizami məsələlər barədə sualınıza. Bir şeyi unutmayın ki, Çehreqani həmişə mənimlə danışanda, deyirdi biz bir lider və general kimi danışırıq! Düzünü deyim, mən də təəccüblənirdim. Bir gün dedim doktor, biz silahlı qoşun yaradırıq ki? Dedi yox ay kişi, nə qoşunu? Səni bu vəzifəyə təyin etmişəm ki, boy-buxunlusan və bizə baş əyməyənlərin qulaqlarını bura bilərsən!


Sual:
Bu suala görə üzr istəyirəm. Danışdıqlarınız siyasi təşkilatdan daha çox mafioz qrupların əməllərinə bənzədi ki?

Cavab:
Bilirsiniz, məsələyə bir az düzgün yanaşmağınızı xahiş edirəm. Məncə bu sual məndən yox, Çehreqanidən soruşulmalı idi.
Cənubdakı bütün millətçilər çox təmiz, ürəyi açıq və hərəkatçı gənclərdirlər. Mən də onlardan biri. Biz Çehreqaninin kim olduğunu gec başa düşdük. Əvvəllər elə bilirdik ki, o, zahirdə göründüyü kimi Azərbaycan yolunda canından da keçər.
Amma sonralar get-gedə iç üzünü görüb, ondan uzaqlaşmağa başladıq. Elə sözlər var ki, mən deməyə utanıram. Bizə yaraşmayan sözlər və əməllər! Məsələn 1996-cı il seçgilər zamanı bir çox azərbaycanlı dostlarımızdan borc almışdı və demişdi məclisə girən kimi pul qazanıb borclarınızı artıqlaması ilə qaytaracağam. Amma nə məclisə girə bilmədi, nə də camaatın pulunu qaytarmadı! Onlardan biri Təbriz Universitetinin çox yoxsul və millətçi bir müəllimidir. Adı ustad Fərzinniyadır. Bu millətçi müəllim ömür boyu işləyib halal əməklə qazanıb topladığı pulunu maşın almaq üçün saxlayırdı.
Həmin müəllimin həyat yoldaşı indi onunla savaşır ki, get pulu al! O da həm utanır, həm də əqidəsinə görə Çehreqani ilə pis rəftar etmirdi. Buna baxmayaraq ki onda Çehreqaninin girov bank çeki var və o istədiyi vaxt həmin sənəd əsasında Çehreqəninin dələduzluq ittihamı ilə həbs etdirə bilər. Amma o, bu hərəkəti etmirdi. Bir gün kimsə gedib Çehreqaniyə demişdi ki, həmin müəllim sənin dalınca danışır. Çehreqani də məsələni araşdırmadan, mən və CAMAH-ın Məhəmməd Dəniz adlı başqa bir üzvünə dedi təcili gedin o müəllimin qulaqlarından tutun, sürüyə-sürüyə gətirin bura!!! Mən bu tərbiyəsiz hərəkəti icra etməkdən imtina elədiyim üçün Çehreqani ilə üz-üzə durmalı oldum. Bir gün Çehreqani az qalırdı mənimlə savaşsın! Deyirdi sən necə nizami müavinsən? Bu tələbələrdən 5-6 nəfərini gətir mənim evimin qapısında və damında nöbə ilə qarovul çəksinlər. Hətta bacarsanız, pul yığın və qapımın qabağında bir qarovul butkası da qoydurun! Dedim axı bu işlər nəyə lazımdır? Dedi qoy mən həqiqi rəhbərlərə oxşayım, hamı görsün ki, mənim qapımda mühafizəçilərim var! Bir sözlə deyə bilərəm ki, bu adamın başında və şəxsiyyətində çatışmamazlıq var. Həddən artıq şöhrət tələb, riyakar, pul pərəst və simasızdır. Axı görün rəhbər də iki arvad saxlayar?! Arvadının birini ac-susuz atıb kənddə!
Gedin Çehreqanini o yazıqdan soruşun! Bu adam o qədər geri zəkalı və diktatordur ki, evdə öz oğluna onun yanında oturmağa icazə vermir. Deyir evə adam gələndə əsgərlər kimi həzırlıqlı vəziyyətdə ayaq üstündə qulluğumda dur, qoy evə gələnlər görsün ki rəhbər necə olar! Siz allah, heç dəxli var?! Qızı razi olmaya-olmaya, kürəkənindən zorla boşatdırdı və dedi qızım, bundan boşan, səni verəcəyə mühəndis Əmaniyə! Axı Əmani yaxşı pul qazanır!! Nə isə...


Sual:
Babək bəy, bəs 1999-cu il hadisələri necə baş verdi?

Cavab:
Buna dəqiq cavab vermək üçün, gərək bir az əvvələ qayıdaq. 1999-cu il tarixdə, bir gün Çehreqani mədəni işlər üzrə müavini Məhərrəm Vəli puru (Xoşnam) Əhər şəhərinə mənim evimə göndərmişdi. Demişdi ki, Babək təcili gəlsin yanıma!
Mən də onunla getdim Təbrizə Çehreqaninin evinə. Səhər saat 11.30-idi. Üçümüzün (Çehreqani, Xoşnam və mən) iştirakımızla müzakirə başlandı. Çehreqani dedi siz və Həbib Babayi adlı iqtisadi işlər üzrə müavinimi Bakıya göndərmək istəyirəm. Gedin Əbülfəz Elçibəy və Piruz Dilənçi ilə mənim dediklərimi müzakirə edin. Bizə səlahiyyətlər də verdi. Dedim doktor, bizim dediklərimizə inanmasalar nə edərik? O da bir rəmz (kod) dedi və əlavə etdi ki, onlar bu rəmzi bilirlər. Bir neçə gün sonra biz Bakıya yola düşdük. Məsələ bundan ibarət idi ki, biz Elçibəylə Çehreqaninin qanunsuz yollarla Bakıya gələcəyini müzakirə edəcəyidik. Əslində demişdi görün Elçibəy nə kimi yardımlar edə bilər. Biz Elçibəylə bütün söhbətləri aparandan sonra, mərhum dedi ki, mən sərhəd məsələləri barədə heç bir məsuliyyəti üzərimə götürmürəm. Çehreqani hansı yollarla gəlirsə, mən onu bakıda qarşılaya bilərəm. Və buradakı bütün məsuliyyətlərin də cavabdehliyini daşıyaram.


Foto 1999-cu ildə Babək Azəroğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı CAMAH-ın Bakı qərargahında çəkilmişdir.

Maddi məsələlərə gəldikdə isə, Əbülfəz bəy dedi hər ay 200 ABŞ dolları yardım edə bilərəm.
Daha sonra Piruz Dilənçi ilə müzakirələr başlandı. Piruz bəylə iki məsələni həll etməli idik: biri Çehreqaninin istədiyi növbəti maddi yardım, biri də CAMAH-la AMİC-in birləşdirilməsi məsələsi. AMİC (Azərbaycan Milli İslami Cəbhəsi) Çehreqaninin yaratdığı təşkilat idi. Bu barədə aparılan çox geniş müzakirələrin nəticəsində CAMAH-la AMİC birləşdi.
Təşkilatın rəhbəri isə Çehreqani oldu. Bu şərtlə ki, ad CAMAH olaraq, qalsın. Yardım məsələsi də belə oldu ki, həmin zaman Piruz Dilənçinin nə özündə, nə də təşkilatında pul yox idi. Bir neçə gündən sonra pulsuz Təbrizə qayıtdım. Müzakirələrimizi əks etdirən bir sıra video və audio kasetlər, eləcə də təşkilatın bəzi məxfi sənədlərini Çehreqaniyə apardım. Çehreqani ilə görüşən kimi, dedi pul gətirdin? Mən utana-utana dedim yox cənab doktor, pulları yox idi. Lakin bu mühüm sənədləri gətirmişəm. O, mənim sözümü kəsərək, qışqırdı başıma: Bu kar-kağız nədir yığıb gətiribsən? Məni nə hesab edirlər? Bu cəfəngiyyatlarla başımı aldatmaq istəyirlər?! Dər hal Bakıya qayıt və mənə pul gətir! O Bulut Qarapapaqdır, Ağraraqdır, nədir? Eşitdiyimə görə gecə-gündüz Bakıda əyyaşlıqla məşquldur! İndi nə olub ki, mənə çatanda pulları qurtarır?! Piruza denən özündə yoxdursa, bulutdan alsın! Sən ki yaxşı bilirsən bu evin yarısı Doktor Himmətinindir və mən onun da payını almaq istəyirəm!!! Bir dəfəlik açın qulaqlarınızı və eşidin, hardan olursa olsun, mənə pul lazimdir, pul!!!
Kor-peşman getdim evimə və bir-iki gün sonra yenə Bakıya qayıtdım. Çehreqaninin şəxsi işləri üçün pula ehtiyacı olduğunu Bakıdakılara deməyə utanırdım. Piruzda pul olmadığı üçün, doktorun tapşırığı ilə Bulut Qarapapaqdan istədim. O, bir qəpik də vermədi. Yalnız bir diktafon verdi və dedi bunu məndən yadigar apar Çehreqaniyə!
Nə isə 20-30 gün Bakıda Piruz bəyin evində qaldıq. Bir gün CAMAH-ın Bakı komitəsinin Şahin Əhmədov adlı bir üzvü dedi əgər istəsəniz, mən kreditlə mal ala bilərəm. Aparın iranda satın və pulunu verin Çehreqaniyə, sonra pulunuz olanda krediti qaytararıq. Biz zəng açıb bu məsələni Çehreqani ilə məsləhətləşmək istədik. O, dedi dəxli yoxdur, hardan olur olsun, tez pul gətirin! Beləliklə Şahin Əhmədovun vasitəsi ilə Bakıda Oriflame şirkətinin Fərahət adlı bir nümayəndəsindən müqavilə əsasında təxminən 6.000 dollarlıq bəzək malları (sabun, şampu, matik, ətir və s.) aldıq. Böyük əziyyət və çətinliklərlə bir neçə gündən sonra malları İrana çatdırdıq. 10-15 gün idi ki, malları sata bilmirdim. Utandığımdan Çehreqaniyə də zəng edə bilmirdim. Bir gün Ərdəbildən bir nəfər CAMAH nümayəndəsi Piruz Dilənçinin tapşırığı ilə evimə gəldi və dedi ki, Piruz bəy deyib dər hal ona zəng edim. Yenə həmişəki kimi utana-utana Bakıya, Piruz bəyə zəng etdim. O, heç bir salamsız-kəlamsız başıma qışqırdı: Harda qalıbsan bu qədər vaxtı? Axı Çehreqani bizi abırdan salıb! Tez ol, ona zəng et, ya pulu, ya da malları ona çatdır!
Mən məcbur olaraq Çehreqaniyə zəng etdim. O, Piruz bəydən də beş qat artıq əsəbi halda mənim üstümə qışqırmağa başladı! Dedim doktor, vallah malları sata bilmirəm! Dedi satmağın lazım deyil. Mənim öz adamlarım var, yığ malları gətir özümüz satarıq! Mən sevindim ki, canım həm malların əlindən, həm də məsuliyyətindən qurtardı!
Beləliklə malları yığıb aparıb, bir neçə şəxsin şahidliyi ilə Çehreqaninin evində ona təhvil verdim. Hətta Çehreqanidən qəbz də aldım. Qəbz Çehreqaninin öz xətti və imzası ilə təsdiqlənib. Qəbzə imza atan şahidlərdən biri də hal hazırda beş il məhkumiyyətlə həbsdə olan Qulamrza Əmani adlı Çehreqaninin başqa bir müavinidir.
Bir gün sonra Əhər şəhərinə, öz evimə getdim. 7-8 gün keçmişdi ki, bir gesə Ettelaat məmurları vəhşicəsinə evimə hücum edib, məni tutdular.


Babek Azəroğlunun müsahibəsi iki hissədən ibarətdir. İkinci hissə yaxın zamanlarda dərc ediləcək.


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018