Başımız sağ olsun!
Dekabr 2004

Türk Dünyasının tanınmış şairi, azadlıq və müstəqillik carçısı Şimali Azerbaycan Respublikasının xalq şairi MƏMMƏD ARAZ dünyasını dəyişdi.
CAMAH rəhbərliyi bu münasibətlə Azərbaycan xalqına, eləcə də mərhumun ailəsinə dərin hüzünlə baş sağlığı verir və ulu tanrıdan mərhuma rəhmət diləyir.

Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz her şeyi bölə billik,
Səndən qeyri biz hamımız ölə billik,
Bu, Şəhriyar harayıdır,
Bu, Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu sənə zaman deyir,
Məzarından Baş qaldıran baban deyir,
-Nər oğlu nər, səninləyəm!
Səninləyəm Silah tutan.,
Külüng tutan, yaba tutan,
Kösəy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin?
Hanı andın?
Yoxsa sən də yatmışlara, Batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil, Vətən oğlu, ayağa qalx!...