Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
BÖYÜK MÜRACİƏT
15.10.2003

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Siyasi Şurasının rəhbəri
Piruz Dilənçinin Azərbaycan xalqına müraciəti



Əziz millətim!
Çağdaş dünyamızda gedən qlobal siyasi proseslərin sürətlə inkişaf etdiyi bir durumdayıq.
1990-cı ildən by günə qədər bir an belə durmadan və dayanmadan şərəfli mübarizə yolumuzu davam etdirməkdəyik. Millətimizin və vətənimizin azadlığı, xoşbəxtliyi və səadəti uğrunda apardığımız bu müqəddəs mübarizə yolu, təbii ki, müxtəlif problem və təhlükələrdən də uzaq olmadı.
Getdiyimiz yolda bəzən səhvlərə yol vermiş olsaq da, bu gün böyük qürur hissləri ilə millətimizin qarşısında başımız göylərə dirənəcək qədər uca, alnımız açıq, üzümüz isə ağdır.
1990-cı iıdə sadəcə 3-4 nəfərin təşəbbüsü ilə yaranıb ərsəyə çıxarılmış təşkilatımızın bu gün dünyanın ondan artıq ölkəsində 21 komtəsi və minlərlə üzv və fəal tərəfdarı var. Bu gün dünyanın bəzi ölkələrində Cənubi Azərbaycanın milli mücadiləsinə qatılmaq amacı ilə yaradılmış BAB, DAK, GAMOH və başqa qurumlar, az-çox hər biri öz növbəsində fəaliyyətlə məşquldur və biz CAMAH olaraq, bu qurum və təşkilatların məhz bizim, yəni CAMAH-ın içindən doğulub yaradılmasına qürur duyuruq.
On ildən artıq apardığımız diplomatik görüşlər və danışıqları nəticəsində bu gün Avropa Şurası, Birləşi Millətlər Təşkilatı, Azərbaycan Respublikası, Türkiyə Cumhuriyyəti, Amerika dövləti və bir çox başqa qurumlar İran adlanan coğrafi ərazidə Azərbaycan türklərinin milli hüquqlarının kobud formada taptalanmasını qəbul etmiş və bununla bağlı bəyanatlar yaymışlar.

Əziz millətim!
Ötən 3 ay müddətində bəzi güclü və böyük təşkilatlar və dövlətlərin dəvəti ilə nümayəndə heyətinə başçılıq edərək Amerika, Türkiyə, Qıbrıs və Avropa ölkələrinə işgüzar səfər etdim. Bu ölkələrdə üst-üstə 20-dən artıq rəsmi və qeyri-rəsmi görüş keçirdik. Aparıcı dövlət və qüvvələr iki ildən az bir zamanda Cənubi Azərbaycan türklərinin milli mücadiləsinin dünya gündəminə çıxarılmasında bizə hər tərəfli yardım edəcəklərinə söz verdilər.

Əziz millətim!
Düşmənimiz böyük, güclü və olduqca hiləkardır. Həmişə bizi biri-birimizdən ayırmaq və kiçik dəstələrə parçalamaq istiqamətində hərəkət etmiş, və təəssüflər olsun ki, buna qismən nail ola bilmişdir. Bizi düşmənin vurması nə ağrıtmır, nə də incitmir. Bizi ipi özümüzdən olan qırıx baltaların vurması incidir! Bizi üzümüzə ağ olan yetimlərin xəyanəti kədərləndirir! Bir sözlə, bizi satqınlıqlar sarsıdır. Dünən "Böyük öndərim, sayın liderim" kimi ifadələrlə yaltaqlığın ən yüksək zirvələrində bulunan min sifət tülkülərin bu gün köksüz qoltuqlara dayanması bizi təəccübləndirir və təəssüfləndirir.

Əziz millətim!
Bildiyiniz kimi, 10 ildən artıq bir zamandır ki, hər bir ağrı-əzaba dözərək, yalnız düşmənlə deyil, eləcə də çaqqallarla vuruşmaqdayıq. Ötən ilin sonlarında Azərbaycan hakimiyyətində təmsil olunan mafiya qüvvələrinin satqınlığı nəticəsində Bakıda həbs edilərək ağır işkəncələrə məruz qaldığımdan da xəbərsiz deyilsiniz. Bunların hamısını 10 ildən artıq apardığımız mübarizənin uğurları kimi qiymətləndiririk.
Uğurlarımızı qısqanclıqla qarşılayan bəzi cılız "qüvvələr", hər zaman xalqın fikrində çaşqınlıq yaratmaq məqsədi ilə öz səviyyə və çəkilərinə münasib və uyğun şayiələr və əsassız ittihamlarla əleyhimizə təbliğat apararaq hərəkatımızı gözdən salmağı qarşıda məqsəd qoymuşlar. Hər kəsə məlumdur ki, 2000-ci ildən etibarən mənim sayın Mahmudəli Çehreqni ilə heç bir əlaqə və işbirliyim olmamışdır. Bu barədə zamanında mətbuatda da kifayət qədər söz-söhbət yayılmışdır. Amma çox təəssüflər olsun ki, bayaq dediyimiz ipi özümüzdən olan qırıx baltalar bu gün tülkücəsinə ən kiçik fürsətdən faydalanaraq öz çirkin məkirlərini həyata keçirmək istəyirlər. Kimlərinsə hansısa edib-etmədiyi naməlum əməlləri müxtəlif yollarla müxtəlif şəxslərə bağlayıb, sonra da tam məharətlə son nöqtəni vurmağa cəhd göstərirlər. Mən bütün məsuliyyətlə bəyan edirəm ki, yuxarıda göstərdiyim tarixdən bu günə qədər Mahmudəli Çehreqani ilə hətta telefon bağlantım da olmamışdır. Bu mövqeyim sayın Çehreqaniyə qarşı nə hörmətsizliyimin əlaməti, nə də əqidə düşmənçiliyimin nişanəsi deyil idi. Bunu, ya taktiki duşuncələrin fərqindən, ya da şəxsi təcrübəsizliklərimizdən başqa heç bir şeylə izah edə bilmərəm. Cənubi Azərbaycanın 50 ildən sonra yetirib ərsəyə çıxartdığı Çehreqaninin bu gün bu səviyədə vurulması düşmənə xidmət etməkdən başqa bir şey deyil. Çehreqani nə imam deyil, nə də peyğəmbər! O da har bir adi insan kimi səhv edə bilər. Səhv etmək günah və suçdursa, dünyanın bütün insanlarını günahkar və suçlu sayılmalıdır.
İrandan dəvət edib böyük dəbdəbə və təmtəraqla dünyaya təqdim etdiyimiz bir şəxsin arxasını qəfildən boşaldıb, sonra da onu vurmağımızın səbəbi nədir? Görəsən biz bu qədər dönük və etibarsız bir millətin övladıyıq?! Bu olay islam tarixindəki Kufə əhlinin Əli oğlu Hüseyni dəvət edib, sonra da dönük çıxmalarının irgəncliyini xatırlatmırmı?
Hər halda, mən son zamanlar mənimıə Çehreqani arasında olan hər hansı bir bağlılıq və ya münasibətin olduğuna dəlalətlə yayımış bütün şayiələri qətiyyətlə təkzib edir və xalqıma yaxın 1-2 il arasında böyük uğurların şahidi olacaqları müjdəsini verirəm.
Yolumuz millət və haqq yoludur. Nə haqq sarsılmaz, nə də millət!


Piruz Dilənçi
15.10.2003

Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018