Qarabağ Azadlıq Təşkilatının çağırışı
10.04.2004

Qarabağın simvolu Şuşanın işğalının 12-ci ildönümü ilə bağlı 2004-cü il may ayının 8-i saat 11.00-da Bakının Şəhidlər xiyabanı ziyarət olunacaq və Qarabağa dinc yürüş başlanacaqdır. Yürüş xalqımızın vətən, torpaq sevgisinin, doğma yurdlarımıza qayıtmaq əzminin nümayiş etdirilməsi, torpaqlarımızın hələ də işğal altında qalmasına, qaçqın və köçkünlərimizin dəhşətli həyat şərayitinə ata və analarımızın, qardaş və bacılarımızın, övladlarımızın düşmən əsarətində saxlanılmasına etiraz bildirilməsi, xalqımızın yağı düşmənə qarşı müqəddəs savaşa səfərbər edilməsi məqsədi ilə həyata keçirilir.
Əziz həmvətənlər!
Hər birinizin həmin gün ziyarət və yolasalma mərasimində bizimlə birlikdə olmağınızı arzu edirik.

Ya Qarabağ, ya ölüm! Başqa yol yox artıq!