Azərbaycan türkcəsində | English version | فارسی / عرب اليفباسی ايله  
CAMAH
CAMAH

Video arxiv
CAMAH-ın piketləri, TV kanallarından xəbərlər, canlı müsahibələr və saatlarla video filmlər
Təşkilat
İzah
Nizamnamə
Məramnamə
Xəbər arxivi
CAMAH-ın 10 illik xəbər arxivi Güney Azərbaycanın mövcud ən böyük xəbər mərkəzi olaraq, eyni ilə xidmətinizdə
Ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən şairlərin yaradıcılığından parçalar
Qarabağ
2002-ci ildə Qarabağ müharibəsində iştirak etməyə hazırlıq kampaniyasına qatılanların siyahısı
Foto arxiv
Foto arxivimizdən nümunələr
Bakı
Bakinin hava durumu
CAMAH-ın İLK ŞƏHİDİ

Nəcəf Qılınc oğlu Rəncbər 1970-ci ildə Cənubi Azərbaycanın Parsabad şəhərində anadan olmuşdur. 1990-cı il yanvar hadisələri zamanı Şimali Azərbaycana mühacirət etmiş, 1994-cü ildə CAMAH-ın Bakı Komitəsinə üzv olmuşdur. Təşkilatda fəaliyyətə başladığı ilk günlərdən göstərdiyi səmimiyyət və sədaqətinə görə, az bir zamanda əqidə yoldaşları ilə bərabər, təşkilat rəhbərliyinin də inam və etimadını qazana bilmişdir.

   1996-cı ildə milli hərəkatımızın dalğaları cənubda gücləndiyi zaman, CAMAH Siyasi Şurası və rəhbərliyinin qərarı əsasında Nəcəf Rəncbər təşkilatın Parsabad şəhər komitəsini yaratmaq üçün cənuba göndərilmişdir. Orada bir neçə günlük ciddi fəaliyyətdən sonra İran təhlükəsizlik xidmətinin (Ettelaat) yerli əməliyyat qrupu vasitəsi ilə tutulmuş və dər hal Tehrana göndərilmişdir. Dünyanın ən qorxunc siyasi işgəncə və həbsxanalarından biri olan Evin zindanında iki aya yaxın ən ağır və orta əsrlərə xas işgəncələr altında qalmış və nəhayət Azərbaycana olan sevgisini öz canını qurban vermeklə bir daha sübut etmişdir. Nəcəf qanının qiyməti ilə fars şovinizminə göstərdi ki, Azərbaycanın qəhrəman oğulları öz canından keçəcək, amma əsarətdə olan torpağını bir gün mütləq azad edəcək.

Evin adına yeraltı həbsxana Ettelaatın nəzarətində olaraq, Tehranın şimalındakı Səadətabad dağlarının altında yerləşir.

Nəcəf ölməyib. Vahid, müstəqil və demokratik Azərbaycan dövlətinin yaradılacağı günə qədər onun şərəfli yolu davam edəcək!

  Milli azadlıq yolumuzun ilk şəhidinə eşq olsun!


Qrupumuz
Vahid Azərbaycan qrupu
CAMAH-ın şəhidi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ilk şəhidi
Əlaqə
Təşkilatın və saytın məsulları ilə əlaqə saxlaya bilərsiniz
Təbriz
Tebrizin hava durumu

  Açılış səhifəsi et Seçilmişlərə əlavə et Əlaqə Saytda axtarış Powered by: Analytical Information Center of SANLM    The use of images and content on this website is completely free 2002 - 2018